;

CCEI Platforması – Tez-tez Verilən Suallar (FAQ)

  1. CCEI nədir?

CCEI – Chartered Culture and Education Institute ABŞ mərkəzli beynəlxalq təhsil və peşəkar inkişaf institutudur. CCEI mədəniyyət və irs idarəçiliyi, təhsil idarəetməsi, dövlət idarəçiliyi, liderlik, karyera planlaması və digər sahələr üzrə praktik və tətbiq yönümlü proqramlar və xidmətlər təqdim edir. Hazırda Azərbaycanda özü proqramlarını BilikHub Azərbaycan platfroması üzırsindən təqdim edir.

  1. CCEI platforması hansı sistem üzərində qurulub?

CCEI müasir rəqəmsal öyrənmə platforması üzərində qurulmuşdur. Platforma vasitəsilə iştirakçılar:

  • Şəxsi kabinetə daxil ola bilər
  • Dərslərə istənilən vaxt baxa bilər
  • Video dərslərə qoşula bilər
  • Test və tapşırıqları yerinə yetirə bilər
  • İcma (Community) fəaliyyətlərində iştirak edə bilər
  • Aktivliyə görə xal (ball) toplaya bilər
  • Sertifikat əldə edə bilər

Platformadan həm kompüter, həm planşet, həm də mobil telefon vasitəsilə istifadə mümkündür.

  1. Platformaya necə qeydiyyatdan keçə bilərəm?

Qeydiyyat üçün:

  1. Müvafiq proqramın səhifəsinə daxil olun
  2. Qeydiyyat və ya ödəniş  formasını doldurun
  3.  “Qeydiyyatdan keç” düyməsini klik edin
  4. Email və şifrə yaradın
  5. Qeydiyyat tamamlandıqdan sonra şəxsi kabinetiniz aktivləşəcək və dərslər “My Library / Kitabxanam” bölməsində görünəcək.
  1. Parolumu unutmuşamsa nə etməliyəm?

Əgər hesabınıza daxil ola bilmirsinizsə:

  1. Saytın yuxarı hissəsində “Log In / (Daxil ol)” düyməsini seçin
  2. Açılan səhifədə “Forgot Password?” / “(Parolu unutmusunuz?)” seçiminə klik edin
  3. Qeydiyyatda istifadə etdiyiniz email ünvanını daxil edin
  4. Emailinizə göndərilən link vasitəsilə yeni parol yaradın

Daha sonra sistemə yenidən daxil ola bilərsiniz.

  1. Proqramlar self-paced (öz tempində öyrənmə) formatındadırmı?

Bəli. CCEI proqramlarının əksəriyyəti self-paced-yəni özün istidyini zaman daxil olub öyrənmə formatdadır. Bu o deməkdir ki:

  • Dərsləri öz vaxtınıza uyğun izləyə bilərsiniz
  • İstənilən vaxt dayandırıb davam edə bilərsiniz
  • Platformaya 24/7 giriş imkanınız mövcuddur

Bəzi proqramlarda əlavə olaraq aylıq onlayn seminarlar və canlı sessiyalar təşkil oluna bilər.

  1. Sertifikat necə əldə olunur?

Sertifikat əldə etmək üçün adətən aşağıdakılar tələb olunur:

  • Bütün dərslərin izlənməsi
  • Hər dərsdə “Mark as Complete” və ya Complete düyməsinin klik edilməsi
  • Dərsin statusunun “Complete” olaraq görünməsi
  • Tələb olunan test və tapşırıqların tamamlanması
  • Final qiymətləndirmənin (əgər varsa) uğurla keçilməsi

Qeyd: Sertifikat emailinizə gəlmirsə, bütün dərslərin “Complete” statusunda olduğuna əmin olun. 

  1. Sertifikat beynəlxalq keçərlidirmi?

CCEI sertifikatları beynəlxalq peşəkar inkişaf və bacarıq artırma sənədi kimi təqdim olunur. Sertifikatlar:

  • LinkedIn profilində paylaşmaq üçün uyğundur
  • CV-yə əlavə edilə bilər
  • Peşəkar inkişaf sənədi kimi istifadə oluna bilər
  1. Ödəniş üsulları hansılardır?

Platformada əsasən aşağıdakı ödəniş üsulları qəbul edilir:

Beynəlxalq bank kartları (Visa, MasterCard və s.)                                 

 

9. Platformada texniki problem yaranarsa nə etməliyəm?

Əgər:

  • Dərs açılmırsa
  • Video yüklənmirsə
  • Hesaba giriş problemi yaranıbsa

Aşağıdakıları yoxlayın:

  • İnternet bağlantınızı
  • Brauzeri yeniləyin (Refresh)
  • Fərqli brauzerdə yoxlayın

Problem davam edərsə, CCEI dəstək komandası ilə əlaqə saxlayın:

📩 [email protected]

  1. Proqramı bitirdikdən sonra materiallara giriş qalırmı?

Bu, seçdiyiniz proqram vəya abunə növündən asılıdır.

  1. CCEI kimlər üçün nəzərdə tutulub?

CCEI proqramları aşağıdakı auditoriyalar üçün nəzərdə tutulmuşdur:

  • Dövlət və özəl sektor rəhbərləri
  • Mədəniyyət və təhsil sahəsinin mütəxəssisləri
  • Universitet və məktəb idarəçiləri
  • Tələbələr və gənc liderlər
  • Karyerasını inkişaf etdirmək istəyən şəxslər
  1. CCEI proqramları hansı dillərdədir?

Hazırda proqramlar əsasən aşağıdakı dillərdə təqdim olunur:

  • Azərbaycan dili
  • İngilis dili
  1. CCEI ilə tərəfdaş olmaq mümkündürmü?

Bəli. Universitetlər, dövlət qurumları, şirkətlər və fərdi ekspertlər CCEI ilə tərəfdaşlıq edə bilərlər. Bunun üçün rəsmi əlaqə kanalları vasitəsilə müraciət etmək mümkündür.

 

BilikHub Azərbaycan