;

BilikHub Səhiyyə

Həkimlərin Liderlik və İdarəetmə Akademiyası

Peşəkar bilik. Müasir idarəetmə. İnnovativ səhiyyə.

BilikHub Səhiyyə — ABŞ-də fəaliyyət göstərən NOEVIQ Group və CCEI Mədəniyyət və Təhsil İnstitutunun təşəbbüsü ilə yaradılan, həkimlərin, tibb müəssisələrinin rəhbərlərinin və digər səhiyyə mütəxəssislərinin liderlik, idarəetmə, hüquqi, etik, innovasiya və texnoloji bacarıqlarını inkişaf etdirməyə yönəlmiş rəqəmsal təhsil platformasıdır.

Akademiyanın əsas məqsədi səhiyyə mütəxəssislərinin müasir bilik və bacarıqlara çıxışını genişləndirmək, tibb müəssisələrində effektiv idarəetməni təşviq etmək və səhiyyə sistemində davamlı peşəkar inkişafı dəstəkləməkdir.

🎓 Bilikhub Səhiyyə 4 əsas peşəkar inkişaf proqramı və əlavə liderlik-idarəetmə proqramlarını təqdim edir.

 

Rəqəmsal təhsil imkanları

✅ 100% onlayn və müstəqil öyrənmə — İştirakçılar istədikləri vaxt və məkandan, özlərinə uyğun sürətlə təhsil ala bilərlər.

✅ 10 000+ iştirakçı tutumu — Platforma eyni zamanda 10 000-dən çox səhiyyə işçisinin təhsil prosesinə qoşulmasını dəstəkləmək üçün nəzərdə tutulur.

✅ 6 aylıq proqram girişi — İştirakçılar qeydiyyatdan keçdikləri hər bir sertifikat proqramının tədris materiallarına 6 ay ərzində çıxış əldə edirlər.

✅ Şəxsi öyrənmə kabineti — Hər bir iştirakçı fərdi kabinet vasitəsilə dərsləri izləyə, tədris materiallarından istifadə edə, biliklərini qiymətləndirə və öyrənmə nəticələrini izləyə bilər.

✅ Xüsusi Səhiyyə İcması — İştirakçılar həkimlər, səhiyyə idarəçiləri və digər mütəxəssislərlə bilik və təcrübə mübadiləsi aparmaq, peşəkar müzakirələrə qoşulmaq və əməkdaşlıq imkanlarını genişləndirmək üçün vahid rəqəmsal icmadan faydalana bilərlər.

✅ Praktik və ssenari əsaslı öyrənmə — Proqramlarda səhiyyə müəssisələrinin real fəaliyyətinə uyğun situasiyalar, idarəetmə problemləri və peşəkar qərarvermə nümunələri təqdim olunur.

✅ Biliklərin qiymətləndirilməsi və sertifikatlaşdırma — Proqramları uğurla tamamlayan iştirakçılar CCEI tərəfindən təqdim olunan müvafiq sertifikatı əldə edirlər.

Strateji məqsəd

BilikHub Səhiyyə yalnız onlayn təhsil platforması deyil, Azərbaycanın səhiyyə sektorunda minlərlə mütəxəssisin davamlı öyrənməsini, bilik mübadiləsini və peşəkar inkişafını dəstəkləyən vahid rəqəmsal təhsil ekosistemi kimi nəzərdə tutulur.

BilikHub Səhiyyə — daha bilikli mütəxəssislər, daha güclü idarəetmə, daha keyfiyyətli səhiyyə!

Proqramın əsas istiqamətləri:

  • Səhiyyə müəssisələrində strateji idarəetmə
  • Tibbi komandaların liderliyi və motivasiyası
  • İnsan resurslarının idarə edilməsi
  • Xəstə məmnuniyyəti və xidmət keyfiyyəti
  • Qərarvermə və böhranların idarə olunması
  • Dəyişikliklərin idarə edilməsi və adaptiv liderlik
Qeydiyyatdan keç!

 Proqramın əsas istiqamətləri:

  • Azərbaycanın səhiyyə qanunvericiliyi
  • Həkimlərin hüquq və vəzifələri
  • Pasiyent hüquqları və məlumatlandırılmış razılıq
  • Tibbi məxfilik və fərdi məlumatların qorunması
  • Tibbi fəaliyyət zamanı hüquqi məsuliyyət
  • Tibbi sənədləşmə və hüquqi risklərin idarə olunması
Qeydiyyatdan keç!

Proqramın əsas istiqamətləri:

  • Tibbi etikanın fundamental prinsipləri
  • Həkim–pasiyent münasibətləri
  • Peşəkar davranış və etik qərarvermə
  • Maraqların toqquşması və peşəkar məsuliyyət
  • Tibbi məlumatların etik istifadəsi
  • Klinik praktikada etik dilemmalar və situasiya təhlilləri
Qeydiyyatdan keç!

 Proqramın əsas istiqamətləri:

  • Səhiyyədə rəqəmsal transformasiya
  • Süni intellektin tibbdə tətbiqi
  • Generativ AI alətləri və onların imkanları
  • Klinik və inzibati qərarvermədə AI-dən məsuliyyətli istifadə
  • Tibbi tədqiqatlarda və təhsildə AI
  • AI nəticələrinin yoxlanılması və insan nəzarəti
  • Səhiyyə innovasiyaları və gələcəyin tibbi bacarıqları
Qeydiyyatdan keç!

 Karyera və Həyat Dizaynı Sertifikat Proqramı gənclərə və peşəkar inkişafını planlaşdırmaq istəyən şəxslərə öz potensiallarını daha yaxşı tanımaq və gələcəklərini məqsədyönlü şəkildə formalaşdırmaq imkanı yaradır.

🔹 Güclü tərəflərinizi, bacarıqlarınızı və dəyərlərinizi müəyyən edin
🔹 Peşəkar portfelinizi hazırlayın
🔹 Müxtəlif karyera və həyat istiqamətlərini araşdırın
🔹 Şəxsi Karyera və Həyat Portfelinizi yaradın
🔹 100% özünöyrənmə formatı
🔹 2 aylıq giriş imkanı

Qeydiyyatdan keç!

 Dizayn Düşüncəsi Sertifikat Proqramı iştirakçılara problemlərə yaradıcı və insan mərkəzli yanaşmağı öyrədir. İştirakçılar real həyat problemlərinə innovativ həllər tapmağı, komanda ilə işləməyi və işəgötürənlərin tələb etdiyi yaradıcı düşüncə bacarıqlarını inkişaf etdirməyi öyrənirlər.

🔹 Empatiya qurmağı öyrənin
🔹 Problemi düzgün müəyyənləşdirin
🔹 Yaradıcı ideyalar formalaşdırın
🔹 Prototip hazırlayın və sınaqdan keçirin
🔹 Komanda və innovasiya bacarıqlarınızı inkişaf etdirin

Qeydiyyatdan keç!

Yaradıcı və Adaptiv Liderlik Sertifikat Proqramı iştirakçılara dəyişən dünyada çevik, innovativ və təsirli lider olmağı, yaradıcılıq və adaptivliyi vahid liderlik yanaşmasında birləşdirərək mürəkkəb problemlərin həlli bacarıqlarını öyrədir.

🔹 Yaradıcılıq və adaptivliyi liderlikdə tətbiq edin
🔹 Çevik və dayanıqlı qərarvermə bacarıqlarınızı inkişaf etdirin
🔹 Emosional intellektinizi gücləndirin
🔹 Dəyişiklikləri effektiv idarə etməyi öyrənin
🔹 Şəxsi Adaptiv Liderlik Alətlər Dəstinizi yaradın
🔹 100% özünöyrənmə və 2 aylıq giriş imkanı

Qeydiyyatdan keç!

Beynəlxalq Kommunikasiya və Biznesdə Mədəniyyətlərarası Bacarıqlar Sertifikat Proqramı (ingilis dilində) iştirakçılara qlobal iş mühitində beynəlxalq komandalarda işləmək bacarqılarını öyrənirlər.

🔹 Mədəniyyətlərarası anlayış və ünsiyyət bacarıqlarınızı inkişaf etdirin
🔹 Mədəni zəkanızı (CQ) və inklüziv liderlik bacarıqlarınızı gücləndirin
🔹 Qlobal biznes mühitində effektiv əməkdaşlıq qurmağı öyrənin
🔹 Qlobal kompetensiyaları biznes və strategiyada tətbiq edin
🔹 100% özünöyrənmə və 2 aylıq giriş imkanı

Qeydiyyatdan keç!

BilikHub Səhiyyə İcması

BilikHub Səhiyyə İcması — noeviqx – Global Knowledge Exchange beynəlxalq bilik və təcrübə mübadiləsi sosial şəbəkəsi daxilində həkimlər, tibb işçiləri və səhiyyə mütəxəssisləri üçün yaradılmış xüsusi peşəkar kommunikasiya platformasıdır.

İcmanın əsas məqsədi səhiyyə mütəxəssislərini vahid rəqəmsal məkanda birləşdirmək, bilik və təcrübə mübadiləsini təşviq etmək, peşəkar əməkdaşlığı gücləndirmək və davamlı öyrənmə imkanlarını genişləndirməkdir.

İştirakçılar burada aktual tibbi mövzuları müzakirə edə, suallar verə, təcrübələrini paylaşa, innovativ yanaşmalarla tanış ola və beynəlxalq həmkarları ilə əlaqələr qura bilərlər.

BilikHub Səhiyyə İcması — biliklərin paylaşıldığı, təcrübələrin birləşdiyi və peşəkar inkişafın davam etdiyi rəqəmsal səhiyyə şəbəkəsidir.

Səhiyyə İcmasına qoşul

 

CCEI Beynəlxalq İdarə Heyəti

Chartered Culture and Education Institute (CCEI)-nin gücü onun rəhbərliyinin vizyonu, dürüstlüyü və qlobal baxışındaəks olunur. CCEI-nin Beynəlxalq İdarə Heyəti dünyanın müxtəlif ölkələrindən mədəniyyət institutları, akademik qurumlar, dövlət təşkilatları və qeyri-kommersiya sektorundan nüfuzlu liderləri bir araya gətirir. Bu ekspertlər mədəni zəkanın inkişafı, təhsildə bərabərlik və etik liderlik prinsiplərinin təşviqinə sadiqdirlər. Onların strateji rəhbərliyi CCEI proqramlarının formalaşmasında mühüm rol oynayır və təşəbbüslərimizin qlobal ən yaxşı təcrübələrəvə yüksək beynəlxalq standartlara uyğun olmasını təmin edir.

CCEI İdarə Heyəti ilə tanış ol!

Dövlət idarəetməsində iştirak edən təhsil və elm mütəxəssisləri və rəhbər şəxslər aşağıdakı proqramlardan faydalan bilərlər. Bu proqramlar ingilis dilindədir.

GovEx Professional (GovExPI) Hökumət Mükəmməlliyi və İnnovasiya İdarəetmə Sertifikat Proqramı (İngilis dilində) dövlət idarəçiliyi, siyasət, ictimai xidmətlər və rəqəmsal transformasiya sahəsində çalışan peşəkarlar üçün hazırlanmış beynəlxalq səviyyəli proqramdır. Proqram iştirakçılara dövlət qurumlarında effektivlik, innovasiya, strateji idarəetmə və vətəndaş mərkəzli xidmət yanaşmalarını tətbiq etmək bacarıqları qazandırır.

🔹 Dövlət idarəçiliyi və siyasət sahəsində peşəkar biliklərinizi inkişaf etdirin
🔹 Vətəndaş mərkəzli xidmət və innovativ yanaşmaları öyrənin
🔹 Effektiv idarəetmə və liderlik bacarıqlarınızı gücləndirin
🔹 Dövlət qurumlarında performans və nəticəyönümlü fəaliyyəti tətbiq edin
🔹 Beynəlxalq təcrübə və müasir idarəetmə alətləri ilə tanış olun
🔹 100% onlayn və öz tempində öyrənmə formatı
🔹 Proqramın sonunda beynəlxalq sertifikat əldə edin

Qeydiyyatdan keç!

Urban Governance Professional (UGP) Şəhər İdarəetməsi Peşəkar Sertifikat Proqramı (İngilis dilində) şəhər planlaşdırıcıları, şəhər menecerləri və inkişaf mütəxəssisləri üçün hazırlanmış beynəlxalq səviyyəli proqramdır. Proqram iştirakçılara müasir şəhərlərin idarə olunması, davamlı inkişaf, vətəndaş mərkəzli xidmətlər, strateji planlaşdırma və urban innovasiya sahəsində bilik və bacarıqlar qazandırır. İştirakçılar şəhər idarəçiliyinin mürəkkəb proseslərini idarə etməyi öyrənirlər.

🔹 Müasir şəhər idarəçiliyi yanaşmalarını öyrənin
🔹 Davamlı və inklüziv şəhər inkişafı prinsiplərini mənimsəyin
🔹 Strateji planlaşdırma və qərarvermə bacarıqlarınızı inkişaf etdirin
🔹 Şəhər xidmətlərinin effektiv idarə olunmasını öyrənin
🔹 Urban innovasiya və ağıllı şəhər yanaşmaları ilə tanış olun
🔹 100% onlayn və öz tempində öyrənmə formatı
🔹 Proqramın sonunda beynəlxalq sertifikat əldə edin

Qeydiyyatdan keç!
CCEI – Tez-tez Verilən Suallar (FAQ)
Video Poster Image