BilikHub Mədəniyyət
BilikHub Mədəniyyət Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin CCEI Mədəniyyət və Təhsil İnstitutu ilə birgə həyata keçirdiyi peşəkar inkişaf və karyera dəstəyi platformasıdır.![]()
BilikHub Mədəniyyət çərçivəsində proqramlarda iştirak edən və müvafiq sertifikatlar əldə edən şəxslər haqqında məlumatlar Mədəniyyət Nazirliyinin Peşəkarlıq Reyestrinə daxil ediləcək. Toplanan sertifikatların sayına və müəyyən edilmiş meyarlara uyğun olaraq iştirakçılar peşəkar inkişaf pillələrinə yüksələcək.
Bu pillələr əməkdaşların peşəkar inkişafının göstəricisi olmaqla yanaşı, gələcək karyera inkişafı prosesində də nəzərə alınacaq və müvafiq əlavə üstünlüklər yarada biləcək.
Peşəkar İnkişaf Pillələri
I Pillə — 3 və daha çox sertifikat II Pillə — 5 və daha çox sertifikat
III Pillə — 7 və daha çox sertifikat IV Pillə — 10 və daha çox sertifikat
V Pillə — 12 və daha çox sertifikat
Bunun üçün aşağıdakı addımları tamamlayın:
- BilikHub Mədəniyyətə abunə olun.
- “Bütün Sertifikatlar” səhifəsinə keçərək, uyğun pillə üzrə tələb olunan proqramlara qeydiyyatdan keçməyə başlayın. Abunə zamanı əldə etdiyiniz endirim kodunu hər bir proqram üçün qeydiyyat zamanı istifadə etməklə 20% endirimdən yararlana bilərsiniz.
- Əgər rəhbər vəzifədə çalışırsınızsa, Liderlik Məktəbinə qoşula bilərsiniz. Eyni zamanda, pillənizə uyğun digər sertifikat proqramlarını da ayrıca və mərhələli şəkildə tamamlaya bilərsiniz.
- Əgər 18–30 yaş arasındasınızsa, üç əsas proqramı birləşdirən Gənc Mədəniyyət Menecerləri Proqramınaqoşularaq inkişaf yolunuza başlaya bilərsiniz. Eyni zamanda
Qeyd: BilikHub Mədəniyyət Mədəniyyət Nazirliyi sistemi üçün xüsusi güzəştlər tətbiq edir. BilikHub Mədəniyyətə abunə olanlar bütün proqramlara 20% endirim və digər üstünlüklər əldə edirlər. Abunə kimi qeydiyyatdan keçənlər müvafiq endirim kodunu email ilə alacaqlar.
Ətraflı məlumat üçün aşağıdakı məlumatları nəzərdən keçirin və qeydiyyat keçməyə başlayın!
BilikHub Azərbaycana Abunə Ol
Azərbaycanda rəqəmsal bilik və davamlı inkişaf platforması!
Aylıq cəmi 10 AZN ödəməklə öyrənmə, mentorluq, icma və peşəkar inkişaf imkanlarına qoşulun.
🔹 Həftədə 2 dəfə bilik və innovasiya yenilikləri email
🔹 Rüblük “Bilik Müzakirəsi” və Karyera Mentorluğu
🔹 Rüblük “İnsan Zəkası” rəqəmsal jurnalı
🔹 Sertifikat proqramlarına 20% endirim
🔹 Hər 6 aylıq abunəlikdən sonra 1 proqram ödənişsiz
🔹 Bilik Kitabxanası, vebinarlar və ustad dərsləri
🔹 Tematik BilikHub icmalarına giriş
Aylıq: 10 AZN
Bir kursa yox, davamlı inkişaf ekosisteminə abunə olun.
BilikHub Mədəniyyət — Bütün Sertifikat Proqramları
Mədəniyyət sahəsində bilik və bacarıqlarınızı inkişaf etdirmək, peşəkarlığınızı gücləndirmək və yeni karyera imkanlarına hazırlaşmaq üçün BilikHub Mədəniyyətin bütün sertifikat proqramlarına qoşulun.
Proqramlar mədəniyyət idarəetməsi, liderlik, mədəni irs, muzey və kitabxana işi, yaradıcı sənayelər, layihə idarəetməsi, etik davranış, rəqəmsal bacarıqlar, innovasiya və “Azərbaycan Mədəniyyəti – 2040” istiqamətlərini əhatə edir.
🔹 100% onlayn və çevik öyrənmə
🔹 Praktik və müasir məzmun
🔹 Yekun qiymətləndirmə
🔹 Sertifikat əldə etmək imkanı
🔹 Fərqli peşəkar səviyyələr üçün proqramlar
Gənc Mədəniyyət Menecerləri Məktəbi
18–30 yaş arası gənc mədəniyyət əməkdaşları üçün 4 aylıq peşəkar inkişaf proqramı. İştirakçılar 3 əsas istiqamət üzrə inkişaf edəcəklər: Mədəniyyət Sahəsində İdarəetmə, “Azərbaycan Mədəniyyəti – 2040” Savadlılığı və Fəaliyyətə Hazırlıq, Adaptiv və Yaradıcı Liderlik Sertifikat proqramlarına avtomatik giriş.
Proqram idarəetmə, liderlik, strateji düşüncə, innovasiya, layihə idarəetməsi və xidmət keyfiyyəti üzrə praktik bacarıqlar qazandırır.
🔹 100% onlayn və çevik
🔹 3 sertifikat proqramı + yekun qiymətləndirmə
🔹 Sentyabr 2026 – Yanvar 2027
Mədəniyyət-2040 Liderlik Məktəbi
Mədəniyyət sahəsində rəhbər şəxslər üçün nəzərdə tutulmuş 6 aylıq liderlik və peşəkar inkişaf proqramı.
Məktəb iştirakçılara müasir idarəetmə, strateji düşüncə, qanunvericilik, etik davranış, layihə idarəetməsi, innovasiya, dizayn düşüncəsi və sahəvi liderlik bacarıqları qazandırır.
🔹 7 proqram + yekun liderlik qiymətləndirməsi
🔹 100% onlayn və çevik öyrənmə
🔹 Sentyabr 2026 – Fevral 2027
🔹 Rəhbər vəzifəli şəxslər və gələcək liderlər üçün
🔹 Məzun Forumu – Mart 2027
Mədəniyyət-2040 hədəflərini real fəaliyyətə çevirən liderlər sırasında olun.