;

Əziz təhsil və elm sahəsində çalışanlar,

BilikHub Təhsil platformasına xoş gəlmisiniz!

BilikHub Təhsil beynəlxalq bilik və təcrübəni Azərbaycanın yerli ehtiyacları və şərtləri ilə uyğunlaşdıraraq təhsil və elm ictimaiyyəti üçün əlçatan edən rəqəmsal öyrənmə və inkişaf platformasıdır.

Burada siz dünyanın nüfuzlu universitetləri, elmi-tədqiqat mərkəzləri və qabaqcıl təhsil sistemlərində formalaşan yeni yanaşmalar, metodlar və təcrübələrlə Azərbaycan dilində tanış ola bilərsiniz.

Məqsədimiz sadəcə məlumat təqdim etmək deyil. Biz beynəlxalq bilikləri yerli kontekstə uyğunlaşdıraraq onların real iş və təhsil mühitində tətbiqinə dəstək vermək istəyirik.

BilikHub Təhsil təhsilin bütün pillələrini, elm və tədqiqat sahəsini, təhsil idarəçiliyini, peşəkar inkişafı, menecment və liderliyi vahid ekosistemdə birləşdirir.

Bu ekosistem yalnız təlim proqramlarından ibarət deyil. Burada iştirakçılar öyrənir, yeni ideyalarla tanış olur, öz təcrübələrini bölüşür və bir-birindən öyrənirlər.

Beləliklə, biz təhsil və elm sahəsində çalışan insanları, ekspertləri, müəllimləri, rəhbərləri, tədqiqatçıları və öyrənənləri bir araya gətirən xüsusi rəqəmsal bilik və öyrənmə icması yaradırıq. Bu platformadakı proqram və xidmətlərdən 100 min+ şəxs eyni zamanda faydalana bilər.

BilikHub Təhsil — beynəlxalq bilik, yerli kontekst və davamlı inkişafın birləşdiyi Təhsil Ekosistemidir.

“Müasir Ali Məktəb İdarəetməsi – Beynəlxalq Təcrübələr” beynəlxalq sertifikat proqramı universitet rəhbərləri, dekanlar, akademik menecerlər, müəllimlər və ali təhsil mütəxəssisləri üçün nəzərdə tutulub. Proqram iştirakçıları ali təhsildə idarəetmə modelləri, strateji planlaşdırma, akademik liderlik, universitet–sənaye əməkdaşlığı və insan resurslarının idarə olunması üzrə beynəlxalq təcrübələrlə tanış edir.

Üstünlüklər:
• 100% onlayn
• 3 ay giriş imkanı
• Özünöyrənmə formatı
• Canlı sessiya videoyazısı
• Oxu və refleksiya materialları
• Beynəlxalq sertifikat

Qeydiyyatdan keç!

Təhsildə “Layihə İdarəetməsi Peşəkarı” beynəlxalq sertifikat proqramı layihə idarəetməsi sahəsində bilik və bacarıqlarını gücləndirmək istəyən mütəxəssislər üçün hazırlanmışdır. Proqram çərçivəsində iştirakçılar layihə idarəetməsinin əsas anlayışları, planlaşdırma, strateji yanaşma, risklərin idarə olunması, komanda liderliyi, monitorinq və nəticələrin qiymətləndirilməsi üzrə praktiki biliklər əldə edirlər.

Üstünlüklər:
• 100% onlayn
• 3 ay giriş imkanı
• Özünöyrənmə formatı
• 2+ saatlıq video sessiya
• Praktiki və tətbiqyönümlü biliklər
• Beynəlxalq sertifikat

Qeydiyyatdan keç!

“Ali Təhsildə Süni İntellekt Savadlılığı və Bacarıqları” sertifikat proqramı ali təhsil sahəsində çalışan müəllimlər, akademik heyət və mütəxəssislər üçün hazırlanmışdır.

Proqram çərçivəsində iştirakçılar süni intellektin əsasları, tədris və tədqiqatda tətbiqi, etik istifadə prinsipləri, kurs dizaynı, qiymətləndirmə və universitetlərdə AI strategiyası ilə tanış olurlar.

Üstünlüklər:
• 100% onlayn dərslər
• 28 apreldə canlı sessiya
• Özünöyrənmə və refleksiya imkanı
• CCEI icmasına qoşulmaq imkanı
• Praktik və aktual AI bilikləri
• Beynəlxalq sertifikat

Qeydiyyatdan keç!

Elmin İdarəedilməsi Peşəkar Sertifikat Proqramı (Science Management Professional – SMP Executive Certificate - ingilis dilində) tədqiqatçılar, akademik liderlər və elm siyasəti sahəsində çalışan mütəxəssislər üçün hazırlanmış qlobal yönümlü peşəkar inkişaf proqramıdır. Proqram iştirakçılara elm idarəçiliyi, strateji liderlik, elm siyasəti, maliyyələşdirmə, qiymətləndirmə, elm kommunikasiyası və etik yanaşmalar üzrə praktik bilik və bacarıqlar qazandırır. 

Üstünlüklər:
• 100% özünöyrənmə formatı
• 3 ay giriş imkanı
• İnteraktiv dərslər, strategiya alətləri və quizlər
• Beynəlxalq sertifikat
• CCEI peşəkar öyrənmə icmasına qoşulmaq 

Qeydiyyatdan keç!

 Bu proqram məktəb direktorları, rəhbərlər və təhsil idarəçiləri üçün hazırlanmış  peşəkar sertifikat proqramıdır. Bu proqram sizə aşağıdakı imkanları təqdim edir:

  • məktəb idarəetməsi və strateji liderlik üzrə biliklər
  • inklüziv və şagirdyönümlü öyrənmə mühitinin qurulması
  • büdcə, əməliyyat və müəllim heyətinin effektiv idarə olunması
  • müəllimlər, valideynlər, icma ilə əməkdaşlıq
  • etik və data əsaslı qərarvermə bacarıqları
  • 100% özünöyrənmə formatı
  • 3 aylıq giriş imkanı
  • interaktiv dərslər, nümunələr və quizlər
Qeydiyyatdan keç!

Azərbaycanda ilk dəfə olaraq CCEİ tərəfindən təqdim edilən “Məktəbdən Universitetə: Təhsil Planlaşdırması” proqramı 9, 10 və 11-ci sinif şagirdlərinin gələcək təhsil və karyera qərarlarını daha şüurlu şəkildə vermələrinə dəstək olur.

• Öz maraq, dəyər və bacarıqlarını daha yaxşı tanımaq
• Gələcək peşə istiqamətlərini müəyyənləşdirmək
• İxtisas və universitet seçiminə daha real yanaşmaq
• Qəbul strategiyası və təhsil planlaşdırılması üzrə praktiki biliklər əldə etmək
• Yerli və beynəlxalq təhsil imkanları haqqında məlumatlanmaq
• Karyera və şəxsi inkişaf üzrə müasir yanaşmaları öyrənmək
• 100% özünöyrənmə formatı və 2 aylıq giriş 

Qeydiyyatdan keç!

 Karyera və Həyat Dizaynı Sertifikat Proqramı gənclərə və peşəkar inkişafını planlaşdırmaq istəyən şəxslərə öz potensiallarını daha yaxşı tanımaq və gələcəklərini məqsədyönlü şəkildə formalaşdırmaq imkanı yaradır.

🔹 Güclü tərəflərinizi, bacarıqlarınızı və dəyərlərinizi müəyyən edin
🔹 Peşəkar portfelinizi hazırlayın
🔹 Müxtəlif karyera və həyat istiqamətlərini araşdırın
🔹 Şəxsi Karyera və Həyat Portfelinizi yaradın
🔹 100% özünöyrənmə formatı
🔹 2 aylıq giriş imkanı

Qeydiyyatdan keç!

 Dizayn Düşüncəsi Sertifikat Proqramı iştirakçılara problemlərə yaradıcı və insan mərkəzli yanaşmağı öyrədir. İştirakçılar real həyat problemlərinə innovativ həllər tapmağı, komanda ilə işləməyi və işəgötürənlərin tələb etdiyi yaradıcı düşüncə bacarıqlarını inkişaf etdirməyi öyrənirlər.

🔹 Empatiya qurmağı öyrənin
🔹 Problemi düzgün müəyyənləşdirin
🔹 Yaradıcı ideyalar formalaşdırın
🔹 Prototip hazırlayın və sınaqdan keçirin
🔹 Komanda və innovasiya bacarıqlarınızı inkişaf etdirin

Qeydiyyatdan keç!

Yaradıcı və Adaptiv Liderlik Sertifikat Proqramı iştirakçılara dəyişən dünyada çevik, innovativ və təsirli lider olmağı, yaradıcılıq və adaptivliyi vahid liderlik yanaşmasında birləşdirərək mürəkkəb problemlərin həlli bacarıqlarını öyrədir.

🔹 Yaradıcılıq və adaptivliyi liderlikdə tətbiq edin
🔹 Çevik və dayanıqlı qərarvermə bacarıqlarınızı inkişaf etdirin
🔹 Emosional intellektinizi gücləndirin
🔹 Dəyişiklikləri effektiv idarə etməyi öyrənin
🔹 Şəxsi Adaptiv Liderlik Alətlər Dəstinizi yaradın
🔹 100% özünöyrənmə və 2 aylıq giriş imkanı

Qeydiyyatdan keç!

Qlobal Karyera: Beynəlxalq Əmək Bazarında Naviqasiya Proqramı ilə Qlobal imkanları araşdırın, bacarıqlarınızı inkişaf etdirin və beynəlxalq karyera yolunuzu qurun.
(Proqram İngilis dilində təqdim olunur.)

🔹 Beynəlxalq əmək bazarının dinamikasını anlayın
🔹 Qlobal iş imkanlarını araşdırın
🔹 Müxtəlif ölkələrin iş mədəniyyətlərini öyrənin
🔹 Beynəlxalq CV və LinkedIn profilinizi gücləndirin
🔹 Qlobal rəqabət üçün tələb olunan bacarıqları inkişaf etdirin
🔹 100% özünöyrənmə formatı
🔹 2 aylıq giriş imkanı

Qeydiyyatdan keç!

Beynəlxalq Kommunikasiya və Biznesdə Mədəniyyətlərarası Bacarıqlar Sertifikat Proqramı iştirakçılara qlobal iş mühitində beynəlxalq komandalarda işləmək bacarqılarını öyrənirlər.

🔹 Mədəniyyətlərarası anlayış və ünsiyyət bacarıqlarınızı inkişaf etdirin
🔹 Mədəni zəkanızı (CQ) və inklüziv liderlik bacarıqlarınızı gücləndirin
🔹 Qlobal biznes mühitində effektiv əməkdaşlıq qurmağı öyrənin
🔹 Qlobal kompetensiyaları biznes və strategiyada tətbiq edin
🔹 100% özünöyrənmə və 2 aylıq giriş imkanı

Qeydiyyatdan keç!

 

1-ci Kurs Tələbələri üçün Orientasiya Proqramı tələbələrin universitet həyatına daha rahat uyğunlaşmasına, akademik və şəxsi inkişaf bacarıqlarını formalaşdırmasına dəstək verir.

🔹 Universitet mühitinə daha sürətli uyğunlaşın
🔹 Effektiv öyrənmə və vaxt idarəetmə bacarıqları qazanın
🔹 Akademik məsuliyyət və ünsiyyət qaydalarını öyrənin
🔹 Karyeranızı ilk kursdan planlaşdırmağa başlayın
🔹 Rəqəmsal savadlılığınızı inkişaf etdirin

🔹 100% özünöyrənmə və 2 aylıq giriş 

Qeydiyyatdan keç!

Müasir Müəllim: Tədris və Öyrənmə Bacarıqları Sertifikat Proqramı (Ali məktəblər və universitetlər üçün) ali məktəb müəllimlərinə tələbəyönümlü, interaktiv və nəticəyönümlü tədris qurmaq üçün müasir bilik və praktik alətlər təqdim edir.

🔹 Effektiv dərs dizaynı və aktiv öyrənmə metodlarını mənimsəyin
🔹 Tələbə motivasiyası və iştirakını gücləndirin
🔹 Qiymətləndirmə və geribildirim bacarıqlarınızı inkişaf etdirin
🔹 Rəqəmsal alətlərdən və süni intellektdən məsuliyyətli istifadə edin
🔹 Müasir ali təhsil mühitində müəllimlik kompetensiyalarınızı gücləndirin

🔹 100% özünöyrənmə və 2 aylıq giriş imkanı

10.10.2026-cı ildən başlayır. Qeydiyyatdan keç!

Ali Təhsildə Qiymətləndirmə və Data-Əsaslı Qərarvermə Proqramı ali məktəb müəllimləri və idarəçilərinə tələbə nəticələrini daha düzgün qiymətləndirmək və məlumatlardan effektiv qərarvermədə istifadə etmək üçün müasir bilik və alətlər təqdim edir.

🔹 Təlim nəticələrini düzgün müəyyənləşdirin
🔹 Formativ və yekun qiymətləndirmə üsullarını mənimsəyin
🔹 Rubrika və ölçmə alətləri hazırlayın
🔹 Tələbə məlumatlarını təhlil edin
🔹 Data əsasında tədris və idarəetmə qərarları verin

🔹 100% özünöyrənmə və 2 aylıq giriş imkanı

 

10.10.2026-cı ildən başlayır. Qeydiyyatdan keç!

Müasir Müəllim: Tədris və Öyrənmə Bacarıqları Sertifikat Proqramı (Orta və peşə məktəbləri üçün) orta və peşə məktəbi müəllimlərinə daha interaktiv, şagirdyönümlü və praktik tədris qurmaq üçün müasir bilik və alətlər təqdim edir.

🔹 Effektiv dərs dizaynı və aktiv öyrənmə metodlarını mənimsəyin
🔹 Şagird motivasiyası və iştirakını gücləndirin
🔹 Qiymətləndirmə və geribildirim bacarıqlarınızı inkişaf etdirin
🔹 Rəqəmsal alətlərdən və süni intellektdən məsuliyyətli istifadə edin
🔹 Praktik, tətbiqyönümlü və nəticəyönümlü tədris bacarıqlarınızı gücləndirin

🔹 100% özünöyrənmə və 2 aylıq giriş imkanı

10.10.2026-cı ildən başlayır. Qeydiyyatdan keç!

BilikHub Təhsil

Peşəkar İcmaları

BilikHub Təhsil İcması təhsil və elm sahəsində çalışan mütəxəssisləri, müəllimləri, tədqiqatçıları, rəhbərləri və öyrənənləri vahid rəqəmsal məkanda bir araya gətirən bilik və əməkdaşlıq platformasıdır.

İcmanın məqsədi beynəlxalq təcrübəni, yeni yanaşmaları və praktik bilikləri Azərbaycan dilində əlçatan etmək, peşəkar əlaqələri gücləndirmək və qarşılıqlı öyrənməni təşviq etməkdir.

BilikHub abunəliyi ilə sizi 10 əsas üstünlük gözləyir: həftədə 2 dəfə dünyanın ən son bilik və innovasiya yenilikləri birbaşa e-poçtunuza göndərilir; hər ay “Bilik Müzakirəsi”Karyera Mentorluğu görüşlərinə qoşula bilərsiniz; rübdə bir dəfə Human Intelligence – “İnsan Zəkası” jurnalının Azərbaycan dilində rəqəmsal versiyasını əldə edirsiniz.

Abunəçilər həmçinin CCEI və BilikHub sertifikat proqramlarına 20% endirim, hər 6 aylıq aktiv abunəlikdən sonra seçilmiş bir proqrama ödənişsiz giriş, ildə 4 xüsusi Trend Bilik Sessiyası, rəqəmsal Bilik Kitabxanası, eksklüziv vebinar və ustad dərslərinə çıxış əldə edirlər.

Bununla yanaşı, üzvlər Mədəniyyət, Təhsil, Biznes, Həyat Dizaynı və Bilik Evi icmalarına qoşularaq yeni əlaqələr qurur, təcrübə mübadiləsi aparır və davamlı inkişaf edən bilik ekosisteminin bir hissəsinə çevrilirlər.

 Aylıq 10 AZN

Təhsil İcmasına qoşul

BilikHub Tələbə İcması tələbələri və gənc öyrənənləri vahid rəqəmsal məkanda bir araya gətirən bilik, inkişaf və əməkdaşlıq platformasıdır.

İcmanın məqsədi tələbələrə beynəlxalq təcrübəni, yeni yanaşmaları və praktik bilikləri Azərbaycan dilində əlçatan etmək, onların karyera hazırlığını gücləndirmək, yeni əlaqələr qurmasına və qarşılıqlı öyrənməsinə dəstək verməkdir.

BilikHub abunəliyi ilə sizi 10 əsas üstünlük gözləyir: həftədə 2 dəfə dünyanın ən son bilik və innovasiya yenilikləri birbaşa e-poçtunuza göndərilir; hər ay “Bilik Müzakirəsi”Karyera Mentorluğu görüşlərinə qoşula bilərsiniz; rübdə bir dəfə Human Intelligence – “İnsan Zəkası” jurnalının Azərbaycan dilində rəqəmsal versiyasını əldə edirsiniz.

Abunəçilər həmçinin CCEI və BilikHub sertifikat proqramlarına 20% endirim, hər 6 aylıq aktiv abunəlikdən sonra seçilmiş bir proqrama ödənişsiz giriş, ildə 4 xüsusi Trend Bilik Sessiyası, rəqəmsal Bilik Kitabxanası, eksklüziv vebinar və ustad dərslərinə çıxış əldə edirlər.

Bununla yanaşı, tələbələr Təhsil, Biznes, Həyat Dizaynı, Mədəniyyət və Bilik Evi icmalarına qoşularaq yeni insanlarla tanış olur, ideyalarını paylaşır, gələcək karyeraları üçün faydalı əlaqələr qurur və davamlı inkişaf edən bilik ekosisteminin bir hissəsinə çevrilirlər.

 Aylıq 7 AZN

Təhsil İcmasına qoşul

 

CCEI Beynəlxalq İdarə Heyəti

Chartered Culture and Education Institute (CCEI)-nin gücü onun rəhbərliyinin vizyonu, dürüstlüyü və qlobal baxışındaəks olunur. CCEI-nin Beynəlxalq İdarə Heyəti dünyanın müxtəlif ölkələrindən mədəniyyət institutları, akademik qurumlar, dövlət təşkilatları və qeyri-kommersiya sektorundan nüfuzlu liderləri bir araya gətirir. Bu ekspertlər mədəni zəkanın inkişafı, təhsildə bərabərlik və etik liderlik prinsiplərinin təşviqinə sadiqdirlər. Onların strateji rəhbərliyi CCEI proqramlarının formalaşmasında mühüm rol oynayır və təşəbbüslərimizin qlobal ən yaxşı təcrübələrəyüksək beynəlxalq standartlara uyğun olmasını təmin edir.

CCEI İdarə Heyəti ilə tanış ol!

Dövlət idarəetməsində iştirak edən təhsil və elm mütəxəssisləri və rəhbər şəxslər aşağıdakı proqramlardan faydalan bilərlər. Bu proqramlar ingilis dilindədir.

GovEx Professional (GovExPI) Hökumət Mükəmməlliyi və İnnovasiya İdarəetmə Sertifikat Proqramı (İngilis dilində) dövlət idarəçiliyi, siyasət, ictimai xidmətlər və rəqəmsal transformasiya sahəsində çalışan peşəkarlar üçün hazırlanmış beynəlxalq səviyyəli proqramdır. Proqram iştirakçılara dövlət qurumlarında effektivlik, innovasiya, strateji idarəetmə və vətəndaş mərkəzli xidmət yanaşmalarını tətbiq etmək bacarıqları qazandırır.

🔹 Dövlət idarəçiliyi və siyasət sahəsində peşəkar biliklərinizi inkişaf etdirin
🔹 Vətəndaş mərkəzli xidmət və innovativ yanaşmaları öyrənin
🔹 Effektiv idarəetmə və liderlik bacarıqlarınızı gücləndirin
🔹 Dövlət qurumlarında performans və nəticəyönümlü fəaliyyəti tətbiq edin
🔹 Beynəlxalq təcrübə və müasir idarəetmə alətləri ilə tanış olun
🔹 100% onlayn və öz tempində öyrənmə formatı
🔹 Proqramın sonunda beynəlxalq sertifikat əldə edin

Qeydiyyatdan keç!

Urban Governance Professional (UGP) Şəhər İdarəetməsi Peşəkar Sertifikat Proqramı (İngilis dilində) şəhər planlaşdırıcıları, şəhər menecerləri və inkişaf mütəxəssisləri üçün hazırlanmış beynəlxalq səviyyəli proqramdır. Proqram iştirakçılara müasir şəhərlərin idarə olunması, davamlı inkişaf, vətəndaş mərkəzli xidmətlər, strateji planlaşdırma və urban innovasiya sahəsində bilik və bacarıqlar qazandırır. İştirakçılar şəhər idarəçiliyinin mürəkkəb proseslərini idarə etməyi öyrənirlər.

🔹 Müasir şəhər idarəçiliyi yanaşmalarını öyrənin
🔹 Davamlı və inklüziv şəhər inkişafı prinsiplərini mənimsəyin
🔹 Strateji planlaşdırma və qərarvermə bacarıqlarınızı inkişaf etdirin
🔹 Şəhər xidmətlərinin effektiv idarə olunmasını öyrənin
🔹 Urban innovasiya və ağıllı şəhər yanaşmaları ilə tanış olun
🔹 100% onlayn və öz tempində öyrənmə formatı
🔹 Proqramın sonunda beynəlxalq sertifikat əldə edin

Qeydiyyatdan keç!

GovEx Professional Assessment (GovExPA) Hökumət Mükəmməlliyi Peşəkar Qiymətləndirmə (İngilis dilində) dövlət idarəçiliyi, ictimai siyasət və institusional mükəmməllik sahəsində çalışan peşəkarların bilik və bacarıqlarını qiymətləndirmək üçün hazırlanmış beynəlxalq peşəkar qiymətləndirmə proqramıdır. 

🔹 80 çoxseçimli sual (Multiple-Choice Questions)
🔹 20 situasiya əsaslı ssenari tapşırığı (Scenario-Based Quizzes)
🔹 Dövlət idarəçiliyi və liderlik kompetensiyalarının qiymətləndirilməsi
🔹 Analitik düşüncə və qərarvermə bacarıqlarının ölçülməsi
🔹 Beynəlxalq standartlara uyğun peşəkar assessment modeli
🔹 100% onlayn qiymətləndirmə formatı
🔹 🎖️ Uğurlu nəticə əldə edənlər üçün GovExPA Sertifikatı və Assessment Report (Qiymətləndirmə Hesabatı) təqdim olunur.

Qeydiyyatdan keç!
CCEI – Tez-tez Verilən Suallar (FAQ)
Video Poster Image