Əziz valideynlər və şagirdlər,
Əziz abituriyentlər,
ABŞ-də yerləşən CCEI Mədəniyyət və Təhsil İnstitutu tərəfindən təqdim edilən və Azərbaycanda ilk dəfə tətbiq edilən “Məktəbdən Universitetə: Təhsil Planlaşdırması” kursuna xoş gəlmisiniz. Bu kurs gələcəyi haqqında düşünən, düzgün ixtisas və universitet seçimi etmək istəyən, amma haradan başlayacağını bilməyən 9, 10 və 11-ci sinif şagirdləri üçün hazırlanıb.
Bu kursda sən özünü daha yaxşı tanımaqdan başlayacaqsan. İlk dərslərdə “Mən kiməm?”, “Bacarıq və istedad”, “Şəxsiyyət tipləri”, “Dəyərlər və motivasiya”, həmçinin “Güclü və zəif tərəflərin analizi” mövzuları üzərində düşünəcəksən. Məqsəd sənin maraqlarını, bacarıqlarını və seçimlərinə təsir edən əsas amilləri daha aydın görməyindir.
Daha sonra ixtisas və universitet seçiminə keçəcəyik. “İxtisas nədir və nə deyil?”, “Azərbaycan İxtisas Qrupları: Hansı qrup kimlər üçündür?”, “Gələcək baxışı: Texnologiya və açıq ixtisaslar”, “Universitet seçimi strategiyası: Bal ≠ Keyfiyyət” və “Xaricdə oxumaq: Real yanaşma” dərsləri sənə seçimlərə daha şüurlu baxmağa kömək edəcək.
Kursun növbəti hissəsində planlama və qərarvermə bacarıqları üzərində işləyəcəksən. “Plan A, B, C – Risklərin idarə edilməsi”, “Məqsəd qoyma bacarığı”, “9–11-ci siniflər üzrə real planlama”, “Əlavə üstünlüklər” və “Stress və imtahan dövrü” dərsləri sənə daha real, çevik və sağlam təhsil planı qurmağı öyrədəcək.
Kurs 100% onlayndır və dərsləri öz tempində keçə bilərsən. Səndən mükəmməl cavablar gözlənilmir. Əsas olan səmimi düşünmək, özünü tanımaq və gələcəyinə daha məsuliyyətlə yanaşmaqdır.
Kursun sonunda sən “Mənim Təhsil Yol Xəritəm” adlı yekun layihəni hazırlayacaqsan. Bu layihə sənin harada olduğunu, hara getmək istədiyini və hansı addımlarla irəliləyə biləcəyini göstərən şəxsi istiqamətin olacaq.
Bu sənin təhsil yolundur. Addım-addım başlayaq.
Əlavə sual üçün: [email protected] emailinə yazın.
Hörmətlə,
CCEI Mədəniyyət və Təhsil İnstitutu
Vaşinqton şəhəri, ABŞ