Müasir Ali Məktəb İdarəetməsi – Beynəlxalq Təcrübələr
Peşəkar Master-klass Təlimi
ABŞ mərkəzli CCEI – Chartered Culture and Education Institute tərəfindən təşkil olunan “Müasir Ali Məktəb İdarəetməsi – Beynəlxalq Təcrübələr” master-klass təlimi universitet rəhbərləri, fakültə dekanları, akademik menecerlər, müəllimlər və ali təhsil sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
Bu intensiv onlayn təlimdə iştirakçılar dünyanın aparıcı universitetlərində tətbiq olunan idarəetmə modelləri, akademik liderlik yanaşmaları və ali təhsil strategiyaları ilə tanış olacaqlar. Sessiya ali təhsil müəssisələrinin daha effektiv idarə olunması, akademik keyfiyyətin artırılması və universitetlərin qlobal rəqabət qabiliyyətinin gücləndirilməsi üçün praktik bilik və yanaşmalar təqdim edəcək.
Təlimdə müzakirə olunacaq əsas mövzular
🎓 Ali təhsildə müasir idarəetmə modelləri
🌍 Dünyanın aparıcı universitetlərinin idarəetmə təcrübələri
📊 Universitetlərdə strateji planlaşdırma və idarəetmə mexanizmləri
👩‍🏫 Akademik liderlik və fakültə idarəetməsi
🤝 Universitet–sənaye əməkdaşlığı və innovasiya ekosistemi
👥 Ali məktəblərdə öyrənmə və inkişaf sistemləri və insan resurslarının idarə edilməsi
Təlim haqqında məlumat
💻 Format: Onlayn özün-öyrənmə+oxu+refleksiya materialı və canlı sessiyanın videoyazısı
Təlimi uğurla tamamlayan iştirakçılar “Ali Məktəb İdarəetməsində Beynəlxalq Təcrübələr” üzrə beynəlxalq iştirak sertifikatı əldə edəcəklər.
Bu Proqram CCEI İdarə Heyətinin sədri, UNESCO-nun 41-ci Baş Konfransının Mədəniyyət Komissiyasının Prezidenti və ABŞ-ın Johns Hopkins Universitetinin sabiq Qlobal İnsan Resursları Meneceri
Vasif Eyvazzadə tərəfindən aparılır.