;
Joining CCEI

 

CCEI Karyera və Həyat Dizayn Laboratoriyası


Həyatını Dizayn Et. Gələcəyinə Liderlik Et.

Sənin gələcəyin təsadüf nəticəsində formalaşmır. O, düşünülmüş dizaynla qurulur.

 

ABŞ mərkəzli Chartered Culture and Education Institute (CCEI) olaraq biz inanırıq ki, hər bir tələbə, peşəkar və lider mənalı karyera və həyat qurmaq üçün sınaqdan keçmiş bir inkişaf yoluna sahib olmalıdır. Buna görə də biz Karyera və Həyat Dizayn Laboratoriyasını (Career & Life Design Lab) yaratdıq. Bu, insanların həqiqətən arzuladıqları gələcəyi dizayn etmələrinə kömək edən transformativ proqramlara, dünya səviyyəli mentorluğa və dəstəkləyici qlobal icmaya çıxış təqdim edən bir mərkəzdir.

“Həyat dizaynı CCEI-nin mövcudluğunun əsas fəlsəfəsidir – tələbələrə və peşəkarlara öz dəyərlərini, məqsədlərini və fəaliyyətlərini uyğunlaşdırmaq imkanı vermək. Proqramlarımız vasitəsilə biz insanlara dayanıqlılıq, innovasiya və qlobal təsir üzərində qurulan məqsədli gələcək formalaşdırmağa kömək edirik.”

Vasif Eyvazzade
CCEI-nin Baş İcraçı Direktoru və İdarə Heyətinin Sədri

Həyat Dizaynının Tarixi və Əhəmiyyəti

Həyat Dizaynı (Life Design) yanaşması 2000-ci illərin ortalarında Stanford Universitetinin d.school məktəbində formalaşmışdır. Professorlar Bill BurnettDave Evans göstərdilər ki, dizayn düşüncəsi (Design Thinking) yalnız innovasiya üçün deyil, insanların öz həyatlarını və karyeralarını şüurlu şəkildə qurması üçün də istifadə oluna bilər. Onların yaratdığı “Designing Your Life” kursu Stanford-un ən populyar proqramlarından birinə çevrildi və sonradan Stanford Life Design Lab və eyniadlı bestseller kitab vasitəsilə bütün dünyaya yayıldı.

Bu gün bir çox insan təsadüfi karyera seçimlərigündəlik rutinlər içində qalır və öz dəyərlərinə uyğun olmayan həyat yaşayır. Həyat Dizaynı insanlara işlərini dəyərləri ilə uyğunlaşdırmağı, çətinlikləri təcrübəyə çevirməyi, qərarlarda özünəinam yaratmağıimkanlar yaratmağı öyrədir. Workview (işə baxış)Lifeview (həyata baxış)uyğunlaşdıqda, insan məqsədli, dayanıqlı və mənalı gələcək qura bilir.

CCEI-nin İnnovativ Yanaşması: Dünyada İlk Model

 

CCEI bu güclü yanaşmaları vahid və inteqrasiya olunmuş modeldə birləşdirib:

🔴 ➊ Karyera və Həyat Dizaynı (Azərbaycan & İngilis dillərində)
Bacarıqlarınızı, dəyərlərinizi və gələcək karyera istiqamətlərinizi sistemli şəkildə müəyyənləşdirməyə kömək edir.

🔵 ➋ Dizayn Düşüncəsi (Azərbaycan & İngilis dillərində)
Problemləri yaradıcı və əməkdaşlıq əsaslı yanaşmalarla həll etmə bacarıqlarını inkişaf etdirir.

🟢 ➌ Yaradıcı və Adaptiv Liderlik (Azərbaycan & İngilis dillərində)
Dəyişən dünyada dayanıqlılıq, çeviklik və innovasiya ilə liderlik etməyi öyrədir.

🟣 ➍ Biznes üçün Mədəni Kompetensiyalar (İngilis dilində)
Mədəni zəkanı (CQ)qlobal düşüncə bacarıqlarını gücləndirir.

🟠 ➎ Qlobal Karyera: Beynəlxalq Əmək Bazarında Naviqasiya (İngilis dilində)
Mütəxəssisləri qlobal rəqabətə hazırlaşdırır, xaricdə iş imkanlarını anlamağa və axtarmağabeynəlxalq mühitdə uğur qazanmağa kömək edir.

Bu unikal yanaşma sizə yalnız gələcəyinizi planlaşdırmağı deyil, onu dizayn etməyi, sınaqdan keçirməyi və cəsarətlə idarə etməyi öyrədir. Bu üç əsas yanaşmanı vahid çərçivədə birləşdirən model indiyədək heç bir qurum tərəfindən təqdim edilməmişdir.

Proqramınızı və ya Abunəlik Seçin

CCEI altı əsas (signature) proqram təqdim edir. Siz proqramlara ayrı-ayrılıqda qoşula və ya illik üzvlük seçərək bütün proqramlara tam girş əldə edə bilərsiniz.

 Karyera və Həyat Dizaynı Sertifikat Proqramı (ödənişsiz)

(Azərbaycan & İngilis dillərində) 

• Güclü tərəflərinizi, bacarıqlarınızı və dəyərlərinizi müəyyən edin
• Peşəkar portfelinizi hazırlayın (CV, LinkedIn profili, müsahibə bacarıqları)
• Müxtəlif karyera və həyat istiqamətlərini araşdırın
• Şəxsi Karyera və Həyat Portfelinizi yaradın

Azərbaycan üçün xüsusi təklif: ödənişsiz

Xahiş edirik, qeydiyyat zamanı email ünvanınızı daxil edərkən “Subscribe to email list” düyməsini işarələyəsiniz ki, sizə təqdim etdiyimiz yeniliklər və imkanlar barədə məlumatları müntəzəm olaraq əldə edə biləsiniz.
🎓 Proqramı tamamlayan iştirakçılara Beynəlxalq SERTİFİKAT təqdim olunur. 

Qeydiyyatdan keç!

Dizayn Düşüncəsi Sertifikat Proqramı

(Azərbaycan və İngilis dillərində)

• 5 əsas mərhələni öyrənin: Empatiya qurmaq, Problemi müəyyənləşdirmək, İdeyalar yaratmaq, Prototip hazırlamaq, Sınaqdan keçirmək
• Real həyat problemlərini yaradıcı yanaşmalarla həll edin
• İşəgötürənlərin tələb etdiyi innovasiya bacarıqlarını inkişaf etdirin
• Yaradıcı və komanda bacarıqlarınızı genişləndirin

49 USD | 8 həftə | (öz tempinizdə öyrənmə)

Azərbaycan üçün xüsusi təklif: CCEI2026 kodunu daxil et və 199 USD yox, 49 USD ödə.
🎓 Proqramı tamamlayan iştirakçılara sertifikat təqdim olunur.

Qeydiyyatdan keç!

 Yaradıcı və Adaptiv Liderlik Sertifikat Proqramı (Azərbaycan və İngilis dillərində)

• Yaradıcılıq və adaptivliyi vahid liderlik modelində birləşdirməyi öyrənin
• Qərarvermə prosesində dayanıqlılıq və çeviklik bacarıqlarınızı inkişaf etdirin
• Emosional intellektinizi gücləndirin
• Şəxsi Adaptiv Liderlik alətlər dəstinizi (Leadership Toolkit) formalaşdırın

49 USD | 8 həftə | (öz tempinizdə öyrənmə)

Azərbaycan üçün xüsusi təklif: CCEI2026 kodunu daxil et və 199 USD yox, 49 USD ödə.
🎓 Proqramı uğurla tamamlayan iştirakçılara sertifikat təqdim olunur.

Qeydiyyatdan keç!

Qlobal Karyera: Beynəlxalq Əmək Bazarında Naviqasiya (İngilis dilində)

• Qlobal karyera imkanlarını və ən populyar ölkə və istiqamətləri araşdırın
• Beynəlxalq iş platformalarını, işəgötürənləri və fellowship proqramlarını tanıyın
• Sərhədsiz karyera üçün praktiki alətlər dəstinizi formalaşdırın

 

49 USD | 8 həftə | (öz tempinizdə öyrənmə)

Azərbaycan üçün xüsusi təklif: CCEI2026 kodunu daxil et və 199 USD yox, 49 USD ödə.
🎓 Proqramı uğurla tamamlayan iştirakçılara sertifikat təqdim olunur.

Qeydiyyatdan keç!

 Kommunikasiya və Biznesdə Mədəniyyətlərarası Bacarıqlar Sertifikat Proqramı (İngilis dilində)

• Mədəniyyətlərarası anlayış və ünsiyyət bacarıqlarınızı inkişaf etdirin
• Mədəni zəkanızı (CQ) və inklüziv liderlik bacarıqlarınızı gücləndirin
• Qlobal kompetensiyaları biznesdə, komanda işində və strategiyada tətbiq etməyi öyrənin

49 USD | 8 həftə | (öz tempinizdə öyrənmə)

Azərbaycan üçün xüsusi təklif: CCEI2026 kodunu daxil et və 199 USD yox, 49 USD ödə.
🎓 Proqramı uğurla tamamlayan iştirakçılara sertifikat təqdim olunur.

Qeydiyyatdan keç!

Layihə İdarəetməsi Beynəlxalq Sertifikat Proqramı (Azərbaycan dilində) canlı sessiya

• Layihə idarəetməsi sahəsində bilik və bacarıqlarınızı inkişaf etdirin
• Layihələrin planlaşdırılması, icrası və idarə olunması üzrə praktiki yanaşmaları öyrənin
• Müasir idarəetmə alətləri və metodologiyaları ilə tanış olun və beynəlxalq sertifikat əldə edin!

🗓 Tarix: 17 aprel
🕒 Saat: 14:30

Qiymət: 30 manat
🎓 Tələbələr və CCEI üzvləri üçün xüsusi təklif: Layihe2026 kupon kodunu daxil edin və 20% endirim əldə edin

📌 Məhdud sayda yerlər – erkən qeydiyyat tövsiyə olunur!

Qeydiyyatdan keç!

CCEI Abunə - Üzv Olun və Büdcənizə Qənaət Edin

İnkişaf davamlı bir prosesdir. Üzvlük sizə yalnız yuxarıdakı proqramlara deyil, həm də bütün təlim və sertifikat proqramlarına giriş, icma və birgə öyrənmə şəbəkəsinə qoşulmaq, ayda 2–3 dəfə keçirilən canlı sessiyalarda iştirak etmək, mentor dəstəyi almaqqlobal şəbəkə imkanlarından yararlanmaq imkanı təqdim edir.

 

İllik Abunəlik
169 AZN / illik

Həyat Dizayn Mərkəzinə limitsiz illik giriş + 6 əsas proqram + 20+ əlavə sertifikat proqramı + vebinarlar + canlı təlimlər şəbəkəsi + icma ilə qarşılıqlı əlaqə + 6 min manat qənaət

🎓 Tələbəsiniz? Qeydiyyat zamanı “Tələbə” qeyd edin və 30% endirim əldə edin.

 
 
İllik Abunəlik üçün Qeydiyyatdan Keç!
Canlı Təlimlər və Masterklaslar

Interested in collaborating with CCEI?

Take the Museum and Libraries Professional Assessment today and advance your career in cultural excellence.

Partner With Us
Contact Information
Newsletter Signup

Subscribe to receive the latest CCEI updates, events, and exclusive content.