CCEI Mədəniyyət və İrs Akademiyası
Mədəniyyət təşkilatlarını gücləndirən bilik. Yaradıcı liderlər üçün strateji inkişaf.
Mədəniyyət və irs sahələrinin davamlı inkişafı yalnız yaradıcılıqla deyil, eyni zamanda peşəkar idarəetmə, strateji düşüncə və güclü institusional yanaşma ilə mümkündür.
CCEI Mədəniyyət və İrs Akademiyası mədəniyyət və irs ekosistemində fəaliyyət göstərən bütün təşkilatlar, o cümlədən rəsmi dövlət qurumları, mədəniyyət mərkəzləri, irs məkanları, muzeylər, kitabxanalar, incəsənət və musiqi məktəbləri, teatrlar və yaradıcı sənaye qurumları üçün nəzərdə tutulmuş ixtisaslaşmış tədris və inkişaf platformasıdır.
Akademiyanın əsas məqsədi mədəni institutların liderlik potensialını gücləndirmək, idarəetmə və strateji planlama bacarıqlarını inkişaf etdirmək, eləcə də qlobal standartlara uyğun, dayanıqlı və uzaqgörən peşəkarlaryetişdirməkdir.
Proqramların əsas istiqamətlərinə aşağıdakılar daxildir:
-
Mədəniyyətin İdarə Edilməsi üzrə Peşəkar Proqram – mədəniyyət siyasəti, strateji planlaşdırma, institusional inkişaf, mədəni liderlik və təşkilati idarəetmə bacarıqları;
-
İrsin İdarə Edilməsi üzrə Peşəkar Proqram – maddi və qeyri-maddi irsin qorunması, davamlılıq, beynəlxalq konvensiyalar, irs hüququ və icma əsaslı yanaşmalar;
-
Muzey və Kitabxana İdarəçiliyi Proqramları – müasir muzeyçilik və kitabxanaçılıq modelləri, kolleksiya və resurs menecmenti, auditoriya inkişafı, rəqəmsal transformasiya və xidmət keyfiyyətinin yüksəldilməsi;
-
Mədəniyyət Mərkəzləri, İncəsənət Məktəbləri və Teatr İdarəçiliyi Proqramları – əməliyyat və strateji idarəetmə, yaradıcılıq proseslərinin təşkili, insan resursları, maliyyə dayanıqlığı, tamaşaçı və icma ilə əlaqələrin qurulması.
Format
100% özünöyrənmə – öz vaxtınızda, rahat tempdə dinamik və maraqlı dərslər
Üzvlüyə görə tam giriş imkanı – video dərslər, real hadisələrin təhlili və interaktiv testlərlə dərin öyrənmə
Proqramı bitirmə müddəti - Bu proqramın bitirmə müddəti sərbəstdir. Üzv olduğunuz müddətdə istənilən zaman ərzində tamamlaya bilərsiniz. Təcrübədən proqramlar 3-6 ay müddətinə tamalanır.
Rəsmi Bitirmə Sertifikatı – Chartered Culture & Education Institute (CCEI) tərəfindən peşəkar sertifikat
Tədris yanaşması
Proqramlar praktik, tətbiq yönümlü və real məktəb situasiyaları əsasında qurulub. Modul və dərslərdən ibarət struktur idarəçiliyinin bütün əsas sahələrini əhatə edir. Qlobal təcrübə yerli kontekstə uyğunlaşdırılır və iştirakçılar öyrəndiklərini dərhal öz iş yerində tətbiq edə bilirlər.
CCEI üzvlük modeli əsasında proqramlara aylıq, 6 aylıq və ya illik üzvlük vasitəsilə qoşulmaq mümkündür. Üzv olan şəxslər bütün proqramlara, sertifikatlara, vebinarlara və peşəkar xidmətlərə əlavə ödənişsiz və limitsiz giriş əldə edirlər. CCEI bu təşəbbüslə təkcə təlim proqramları deyil, mədəniyyət sahəsində çalışanlar üçün davamlı öyrənmə ekosistemi və inkişaf mühiti təqdim edir.
Proqrama qoşul və ayda cəmi 17 manat ödə!
CCEI üzvlüyünə çevik və rahat şəkildə başlamaq istəyənlər üçün ideal seçimdir. Aylıq üzvlüklə bütün proqramlara giriş əldə edin, canlı master-klasslarda iştirak edin, qlobal öyrənmə icmasına qoşulun və inkişaf imkanları ilə tanış olun.
Az risk – yüksək dəyər.
CCEİ-nin ayrı-ayrı proqramları ilə müqayisədə 7000 + manat qənaət..
👉 Aylıq üzvlüyü seç!
CCEI 6 (altı) aylıq üzvlük/85 manat
Proqramlara qoşul və altı ay üçün cəmi 85 manat ödə!
Daha dərin, ardıcıl və məqsədyönlü inkişaf üçün hazırlanmış ideal üzvlük paketidir. Bütün proqramlara giriş, sertifikat imkanları, canlı master-klasslar və qlobal icma dəstəyi ilə peşəkar yolunuzu gücləndirin.
Davamlı inkişaf üçün doğru zaman.
CCEİ-nin ayrı-ayrı proqramları ilə müqayisədə 7000 + manat qənaət.
👉 6 aylıq üzvlüyü seç!
CCEI illik üzvlük/ 169 manat
Proqramlara qoşul və bir il üçün cəmi 169 manat ödə!
CCEI-nin təqdim etdiyi tam ekosistemə limitsiz giriş əldə edin. 15-dən çox proqram, sertifikatlar, premium məzmunlar, prioritet imkanlar, canlı master-klasslar və qlobal öyrənmə icması ilə gələcəyinizi strateji şəkildə planlayın.
Bir üzvlük – bütün imkanlar.
CCEİ-nin ayrı-ayrı proqramları ilə müqayisədə 7000 + manat qənaət.
👉 İllik üzvlüyü seç!
Liderlik və Həyat Bacarıqları
Bununla yanaşı, proqram yalnız ixtisaslaşmış sahə bilikləri ilə məhdudlaşmır. İştirakçılar eyni zamanda şəxsi və liderlik inkişafına yönəlmiş beynəlxalq səviyyəli təlimlərə də giriş əldə edirlər. Buraya Life Design (Həyatın Dizaynı), Design Thinking (Dizayn Düşüncəsi), Adaptive və Creative Leadership (Adaptiv və Yaradıcı Liderlik) kimi proqramlar daxildir. Bu kurslar mədəniyyət sahəsində çalışan mütəxəssislərə dəyişən mühitə uyğunlaşmaq, innovativ düşünmək və liderlik potensialını gücləndirmək imkanı yaradır.
Dövlət idarəçiliyi proqramları
İstəkdən asılı olaraq, iştirakçılar əlavə olaraq Government Excellence (Hökumət Mükəmməlliyi), Urban Governance (Şəhər İdarəçiliyi), Təhsil və Elm İdarəçiliyi, eləcə də Məktəb İdarəçiliyi proqramlarına da çıxış əldə edə bilərlər. Bu, mədəniyyət sektorunda çalışanların dövlət idarəçiliyi və institutlararası əməkdaşlıq baxımından daha geniş baxış bucağı qazanmasına xidmət edir.
Proqram çərçivəsində hər ay canlı vebinarlar və peşəkar inkişaf sessiyaları təşkil olunacaqdır. Bu sessiyalar ekspertlərin iştirakı ilə aktual idarəetmə mövzularını əhatə edir və iştirakçılar üçün təcrübə mübadiləsi platforması yaradacaq.