LearnHub Azərbaycan – Ali Təhsil İcması
CCEI – Mədəniyyət və Təhsil İnstitutunun təhsil və peşəkar inkişaf proqramlarında iştirak edən şəxslər üçün Ali Təhsil İcması adlı daxili ünsiyyət, əməkdaşlıq və bilik mübadiləsi platforması yaradılmışdır.
CCEI proqramlarında iştirak edən ali təhsil müəssisələrinin rəhbərləri, akademik heyəti və inzibati əməkdaşları avtomatik olaraq icmaya qoşulmaq imkanı əldə edirlər.
Bu icma ali təhsil sahəsində çalışan mütəxəssislərin bir-biri ilə əlaqə qurması, təcrübə paylaşması, universitet xəbərlərini bölüşməsi, yeni ideya və təşəbbüslər irəli sürməsi, eləcə də peşəkar inkişaf və təhsil idarəetməsi mövzularında müzakirələr aparması üçün nəzərdə tutulmuşdur.
CCEI proqramlarında hələ iştirak etməyən ali təhsil işçiləri də ödənişli əsasda illik abunəlik üçün qeydiyyatdan keçərək icmaya qoşula bilərlər.
İcmanın üstünlükləri:
🔹 Ali təhsil sahəsində peşəkar şəbəkələşmə
🔹 Universitetlərarası bilik və təcrübə mübadiləsi
🔹 Ali təhsil xəbərlərinin paylaşılması
🔹 Yeni ideya və təşəbbüslərin müzakirəsi
🔹 Akademik və inzibati əməkdaşlıq imkanları
🔹 Peşəkar inkişaf və təlim imkanları
🔹 Təhsil idarəetməsi və liderlik mövzularında müzakirələr
🔹 CCEI proqramlarına və resurslarına çıxış
🔹 Yaradıcı və Adaptiv Liderlik Proqramına ödənişsiz giriş.
Bilik paylaşıldıqda dəyər qazanır!