Joining CCEI

Mədəniyyət-2040 Liderlik Məktəbi


Mədəniyyətin gələcəyini formalaşdıran liderlər üçün 7 proqram + yekun qiymətləndirmə modeli

Hörmətli mədəniyyət işçiləri,

Sizi “Mədəniyyət-2040: Liderlik Məktəbi Proqramı”nda salamlamaqdan məmnunuq.

Mədəniyyət sahəsində rəhbər kimi yalnız müəssisəni idarə etmək deyil, komandanı inkişaf etdirmək, vətəndaşa keyfiyyətli xidmət göstərmək, mədəni irsi qorumaq və “Azərbaycan Mədəniyyəti – 2040” hədəflərini real fəaliyyətə çevirmək vacibdir.

Bu 6 aylıq liderlik məktəbi rəhbər şəxslərə müasir idarəetmə, strateji düşüncə, qanunvericilik, etik davranış, layihə idarəetməsi, dizayn düşüncəsi, innovasiya və sahəvi idarəetmə bacarıqları qazandırır.

 Liderlik Məktəbi kimlər üçündür?

🔹 Nazirliyin mərkəzi aparatının şöbə müdirləri, müdir müavinləri və sektor müdirləri
🔹 Regional mədəniyyət idarələrinin rəisləri, rəis müavinləri və rayon nümayəndələri
🔹 Mədəni İrs Xidmətinin rəhbər vəzifəli şəxsləri, şöbə və sektor müdirləri, region müdirləri, abidə və qoruq rəhbərləri
🔹 Kino Agentliyinin rəhbər və vəzifəli şəxsləri
🔹 Muzey direktorları, direktor müavinləri və şöbə müdirləri
🔹 Kitabxana direktorları və direktor müavinləri
🔹 Teatr və konsert salonlarının rəhbərləri və müavinləri
🔹 Mədəniyyət mərkəzlərinin direktorları
🔹 Qalereya rəhbərləri
🔹 Musiqi və incəsənət məktəblərinin direktorları, direktor müavinləri və şöbə müdirləri
🔹 Mədəniyyət və incəsənət sahəsində ali təhsil müəssisələrinin rəhbər şəxsləri, dekanlar, kafedra müdirləri və şöbə müdirləri
🔹 Yaradıcı ittifaqların rəhbər şəxsləri
🔹 Mədəniyyət sektorunda idarəetmə və liderlik rolu daşıyan digər şəxslər

Proqram sizə kömək edəcək:

🔹 liderlik və idarəetmə yanaşmanızı gücləndirməyə
🔹 Mədəniyyət-2040 Konsepsiyasını müəssisə fəaliyyətinə tətbiq etməyə
🔹 xidmət keyfiyyəti, etika və reputasiya mədəniyyətini inkişaf etdirməyə
🔹 sahənizə uyğun idarəetmə bacarıqlarını artırmağa

Format:
🔹 100% onlayn və çevik öyrənmə
🔹 7 proqram + yekun liderlik qiymətləndirməsi bir səbətdə!
🔹 İyul 2026 – Yanvar 2027 dövrü
🔹 Məzun Forumu və Sertifikat Mərasimi

Güclü liderlik — güclü mədəniyyət.

ĆŹlaqÉ™: [email protected]