Mədəniyyət Sahəsində Liderlik Kursu- İlk dəfə
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və CCEI Mədəniyyət və Təhsil İnstitutunun əməkdaşlığı ilə
Azərbaycanın mədəniyyət və irs ekosistemində çalışan rəhbər şəxslər və peşəkarlar üçün yeni inkişaf fürsəti elan olunur. 3 aylıq Mədəniyyət Sahəsində Liderlik Kursu Nazirliyin mərkəzi aparatının şöbə müdirləri, müşavirləri, sektor müdirləri, xidmət rəhbərləri, Kino Agentliyinin müvafiq rəhbər şəxsləri, regional mədəniyyət idarələrinin rəisləri və müavinləri, rayon nümayəndələri, eləcə də muzey, kitabxana, teatr, irs, musiqi və incəsənət məktəbləri, konsert-tamaşa müəssisələrinin direktorları və müavinləri üçün nəzərdə tutulmuşdur.
Qeydiyyatdan keçən iştirakçılar CCEI Mədəniyyət və İrs Akademiyasının aşağıdakı proqramlarına giriş əldə edəcəklər:
✔️ Mədəniyyət Sahəsində Peşəkar İdarəetmə Proqramı
✔️ İrs və Abidə Mühafizəsi Proqramı
✔️ Peşəkar Layihə İdarəetməsi Proqramı
✔️ Muzey İdarəetməsi Proqramı
✔️ Kitabxana İdarəetməsi Proqramı
✔️ Musiqi və İncəsənət Məktəbləri İdarəetməsi Proqramı
✔️ Teatr İdarəetməsi Proqramı
✔️ Adaptiv və Yaradıcı Liderlik Proqramı
✔️ Dizayn Düşüncəsi Proqramı
✔️ Karyera və Həyat Dizaynı Proqramı
Tədris formatı
Proqram 100% onlayn, öz tempinizdə öyrənmə və canlı sessiyalar formatında təqdim olunur. İştirakçılar dərslərə, praktik nümunələrə, quiz və testlərə istənilən vaxt daxil ola biləcəklər. Hər ay tanınmış ekspertlərlə iki canlı sessiya keçiriləcək.
Proqramın sonunda iĹźtirakçılar hÉ™r bir tamamladıqları proqram ĂĽzrÉ™ ayrıca sertifikat, hÉ™mçinin MÉ™dÉ™niyyÉ™t SahÉ™sindÉ™ Liderlik Sertifikatı É™ldÉ™ edÉ™cÉ™klÉ™r.Â
Qeydiyyat 05.05.2026-cı il tarixə qədər davam edir.
ĆŹlaqÉ™: [email protected]