CCEI Azərbaycanın Tərəfdaşları
Mükəmməlliyi Ölçürük. Qlobal Standartlar Yaradırıq.
Hörmətli tərəfdaşlar,
Chartered Culture and Education Institute (CCEI) Azərbaycana xoş gəlmisiniz.
Bu səhifə vasitəsilə universitet tələbələri, inzibati və akademik heyət, eləcə də dövlət və özəl qurumların əməkdaşları üçün nəzərdə tutulmuş xüsusi tərəfdaşlıq kuponu əsasında CCEI-nin bütün proqramlarına bir il müddətinə ödənişsiz giriş əldə etmək mümkündür.
Chartered Culture and Education Institute (CCEI) Azərbaycana xoş gəlmisiniz. Burada siz biliklə tanış olmur, bacarıqlarınızı təsdiqləyir, karyeranızı gücləndirir və qlobal standartlara uyğun peşəkar inkişaf yoluna çıxırsınız.
CCEI – mədəniyyət, təhsil, elm, dövlət idarəçiliyi, liderlik, innovasiya və həyat dizaynı sahələrində qlobal düşüncə, ölçülə bilən mükəmməllik və tətbiq olunan bacarıqlar üzərində qurulmuş beynəlxalq institutdur. Bu platforma bilik ötürmək üçün deyil, standart formalaşdırmaq, etibar yaratmaq və real peşəkar təsir üçün yaradılıb.
CCEI Mərkəzləri
CCEI Mərkəzləri peşəkar inkişafı sektorlar üzrə ixtisaslaşmış mərkəzlər vasitəsilə sistemli şəkildə gücləndirən qlobal platformadır. Bu mərkəzlər real bacarıqların formalaşdırılması, ölçülməsi və beynəlxalq səviyyədə tanınması üçün yaradılıb.
CCEI ekosisteminə aşağıdakı mərkəzlər daxildir:
CCEI Mədəniyyət və İrs Akademiyası,
CCEI Elm, Təhsil və Texnologiya Mərkəzi,
CCEI Dövlət Mükəmməlliyi Laboratoriyası (GovEx Lab),
CCEI Karyera və Həyat Dizaynı Laboratoriyası.
Bu mərkəzlər elm və təhsil menecmenti, dövlət və şəhər idarəçiliyi, mədəniyyət və irs, muzey və kitabxana idarəetməsi, karyera planlaması, dizayn düşüncəsi və həyat dizaynı və s. sahələrində praktik, tətbiq yönümlü və beynəlxalq standartlara əsaslanan sertifikat proqramları və qiymətləndirmə sistemləri təqdim edir.
CCEI Mərkəzləri bilik, bacarıq, liderlik və institusional düşüncə tərzini ölçən, inkişaf etdirən və qlobal peşəkar etimada çevirən inteqrativ ekosistemdir.
👉 Bütün mərkəzlərin proqramlarına vahid üzvlük planı vasitəsilə çıxış əldə edə bilərsiniz.
👉 Bütün proqram və xidmətlərə əlavə ödəniş etmədən qoşulmaq mümkündür.
👉 Proqramların hamısı 100% özünöyrənmə (self-paced) formatında təqdim olunur və iştirakçılar öyrənmə prosesini öz vaxtlarına uyğun şəkildə davam etdirə bilirlər.
İndi üzv olun, biliklərinizi və təcrübənizi gücləndirin, peşəkar yolunuzu şüurlu şəkildə dizayn edin və bunu təsdiqləyən beynəlxalq sertifikatlar əldə edin.
Aşağıdakı qeydiyyat formunu doldurun və təsdiq edin, sonra ödəniş məlumatlarını və sizə təqdim edilən kupon kodunu daxil edib üzvlüyünüzü aktivləşdirin.
“XXI əsrdə liderlik yalnız peşəkarlıq və etimadla məhdudlaşmır — hər ikisi nə qədər vacib olsa da. Bu, nə güc, nə də formal səlahiyyət məsələsidir. Effektiv liderlər nəticəni izləyicilərinin ilhamı və fəaliyyəti, empatiya və mürəkkəb, qeyri-müəyyən və son dərəcə çətin dövrlərdə çevik və adaptiv ola bilmə bacarığı vasitəsilə əldə edirlər.”
Prof. Mike Hardy CMG OBE FRSA
Coventry Universiteti, Böyük Britaniya
Sülh və Təhlükəsizlik Mərkəzinin Qurucu Direktoru, Beynəlxalq Liderlik Assosiasiyasının (ILA, ABŞ) İdarə Heyətinin Sədri
CCEI İdarə Heyətinin üzvü