;
Joining CCEI

ABŞ mərkəzli CCEI – Chartered Culture and Education Institute tərəfindən təşkil olunan “Müasir Ali Məktəb İdarəetməsi – Beynəlxalq Təcrübələr” master-klass təlimi universitet rəhbərləri, fakültə dekanları, akademik menecerlər, müəllimlər və ali təhsil sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

Bu 3 saatlıq intensiv onlayn təlimdə iştirakçılar dünyanın aparıcı universitetlərində (Harvard, Johns Hopkins, Stanford, Oxford və s.) tətbiq olunan idarəetmə modelləri, akademik liderlik yanaşmaları və ali təhsil strategiyaları ilə tanış olacaqlar. Sessiya ali təhsil müəssisələrinin daha effektiv idarə olunması, akademik keyfiyyətin artırılması və universitetlərin qlobal rəqabət qabiliyyətinin gücləndirilməsi üçün praktik bilik və yanaşmalar təqdim edəcək.

Təlimdə müzakirə olunacaq əsas mövzular

🎓 Ali təhsildə müasir idarəetmə modelləri
🌍 Dünyanın aparıcı universitetlərinin idarəetmə təcrübələri
📊 Universitetlərdə strateji planlaşdırma və idarəetmə mexanizmləri
👩‍🏫 Akademik liderlik və fakültə idarəetməsi
🤝 Universitet–sənaye əməkdaşlığı və innovasiya ekosistemi
👥 Ali məktəblərdə öyrənmə və inkişaf sistemləri və insan resurslarının idarə edilməsi

Təlim haqqında məlumat

đź“… Tarix: 19 mart 2026
🕒 Saat: 14:30 (Bakı vaxtı ilə)
⏳ Müddət: 3 saat
💻 Format: Onlayn (Zoom platforması)

Təlimi uğurla tamamlayan iştirakçılar “Ali Məktəb İdarəetməsində Beynəlxalq Təcrübələr” üzrə beynəlxalq iştirak sertifikatı əldə edəcəklər.

📩 Zoom linki qeydiyyatdan keçmiş iştirakçılara təlimdən bir gün əvvəl email vasitəsilə göndəriləcək və iştirakçılardan sessiyaya 30 dəqiqə əvvəl qoşulmaları xahiş olunur.

Master-klass CCEI İdarə Heyətinin sədri, UNESCO-nun 41-ci Baş Konfransının Mədəniyyət Komissiyasının Prezidenti və ABŞ-ın Johns Hopkins Universitetinin sabiq Qlobal İnsan Resursları Meneceri Vasif Eyvazzadə tərəfindən aparılacaqdır.

CCEI üzvləri üçün və universitetdə çalışanlar üçün 20% endirim mövcuddur..

ĆŹlavÉ™ sual üçün [email protected] 

“Müasir Ali Məktəb İdarəetməsi – Beynəlxalq Təcrübələr” master-klass təlimi üçün qeydiyyatdan keç və ödəniş etdikdən sonra emailini yoxla. 

CCEI Azərbaycan səhifəsi