;
Joining CCEI

CCEI Mədəniyyət və İrs Akademiyası

Öyrənmə və İnkişaf Platforması 2026 (12 ay)

İncəsənət və Musiqi Məktəblərinin Peşəkar İdarəetmə Proqramı!

 

Yaradıcılığı qoruyun. İdarəetməni gücləndirin. Məktəbinizi inkişaf etdirin.

İncəsənət və musiqi məktəbləri yalnız istedad yetişdirən məkanlar deyil — onlar mədəni dəyərləri qoruyan, cəmiyyətə təsir göstərən və gələcəyin yaradıcı liderlərini formalaşdıran institutlardır. Lakin bu institutların dayanıqlı inkişafı üçün yaradıcılıqla yanaşı peşəkar idarəetmə, strateji düşüncə və müasir menecment bacarıqları vacibdir.

İncəsənət və Musiqi Məktəblərinin Menecmenti Proqramı məhz bu ehtiyacdan çıxış edərək hazırlanmış ixtisaslaşmış tədris proqramıdır. Proqram direktorlar, direktor müavinləri, idarəçi heyət və müəllimlər üçün nəzərdə tutulub və məktəbinizi inzibati strukturdan güclü institusional modelə çevirməyi hədəfləyir.

Format

100%  özünöyrənmə – öz vaxtınızda, rahat tempdə  32-36 saatlıq dinamik və maraqlı dərslər

Üzvlüyə görə tam giriş imkanı – video dərslər, real hadisələrin təhlili və interaktiv testlərlə dərin öyrənmə

Proqramı bitirmə müddəti - Bu proqramın bitirmə müddəti sərbəstdir. Üzv olduğunuz müddətdə  istənilən zaman ərzində tamamlaya bilərsiniz. Təcrübədən belə proqramlar 3-6 ay müddətinə tamalanır.

Rəsmi Bitirmə Sertifikatı – Chartered Culture & Education Institute (CCEI) tərəfindən peşəkar sertifikat

Tədris yanaşması

Proqram praktik, tətbiq yönümlü və real məktəb situasiyaları əsasında qurulub. 10 modul və 80 dərsdən ibarət struktur məktəb idarəçiliyinin bütün əsas sahələrini əhatə edir. Qlobal təcrübə yerli kontekstə uyğunlaşdırılır və iştirakçılar öyrəndiklərini dərhal öz məktəblərində tətbiq edə bilirlər.

Kimlər üçün uyğundur?

  • İncəsənət və musiqi məktəblərinin direktorları və idarəçiləri
  • Metodistlər və müəllimlər
  • Mədəniyyət və təhsil sahəsində idarəçilik rolunda olan peşəkarlar

 Proqrama indi qoşulun!

👉 Məktəbinizi strateji yanaşma ilə idarə edin

👉 Yaradıcılıqla peşəkarlıq arasında sağlam balans qurun

👉 Dayanıqlı və nüfuzlu təhsil institutu yaradın


Seçdiyiniz istənilən üzvlük modeli sizə təkcə bu proqrama deyil, eyni zamanda CCEI-nin bütün mövcud proqramlarına və gələcəkdə şəxsi və peşəkar inkişafınıza töhfə verəcək kurs və xidmətlərə əlavə ödənişsiz giriş imkanı təqdim edir.

 

Aşağıdakı məlumatları doldurun və təsdiq edin, sonra isə abunəlik ödənişlərindən birini seçərək üzvlüyünüzü aktivləşdirib bütün proqramlardan və xidmətlərdən ödənişsiz istifadə edin.

CCEI Azərbaycan

Mükəmməlliyi Ölçürük. Qlobal Standartlar Yaradırıq.

Chartered Culture and Education Institute (CCEI) Azərbaycana xoş gəlmisiniz. Burada siz biliklə tanış olmur, bacarıqlarınızı təsdiqləyir, karyeranızı gücləndirir və qlobal standartlara uyğun peşəkar inkişaf yoluna çıxırsınız.

CCEI – mədəniyyət, təhsil, elm, dövlət idarəçiliyi, liderlik, innovasiya və həyat dizaynı sahələrində qlobal düşüncə, ölçülə bilən mükəmməllik və tətbiq olunan bacarıqlar üzərində qurulmuş beynəlxalq institutdur. Bu platforma bilik ötürmək üçün deyil, standart formalaşdırmaq, etibar yaratmaqreal peşəkar təsir üçün yaradılıb. 

Ətraflı bax!
Proqramlara ingiliscə qoşul!