;
Joining CCEI

Əziz ali təhsil sistemində çalışan həmkarlar,

ABŞ-də yerləşən CCEI Mədəniyyət və Təhsil İnstitutu və BilikHub Azərbaycan yay dövründə ali təhsil sahəsində çalışan bütün kateqoriyalarda şəxslər üçün xüsusi peşəkar inkişaf proqramı təqdim edir:

Ali Təhsildə Liderlik Məktəbi

İyul–sentyabr 2026

Cəmi 3 ay ərzində 6 sertifikat proqramı + ayrıca “Ali Təhsildə Lider” sertifikatı əldə etmək imkanı!

Proqram universitet rəhbərləri, dekanlar, akademik menecerlər, müəllimlər və ali təhsil mütəxəssisləri üçün nəzərdə tutulmuşdur.

Proqrama daxil olan sertifikat proqramları:

1. “Müasir Ali Məktəb İdarəetməsi – Beynəlxalq Təcrübələr” Sertifikat Proqramı
Ali təhsildə müasir idarəetmə modelləri, strateji planlaşdırma, akademik liderlik, universitet–sənaye əməkdaşlığı və insan resurslarının idarə olunması üzrə beynəlxalq təcrübələri öyrədir.

2. “Təhsildə Layihə İdarəetməsi Peşəkarı” Sertifikat Proqramı
Təhsil layihələrinin planlaşdırılması, icrası, monitorinqi və qiymətləndirilməsi üzrə praktik bacarıqlar formalaşdırır, layihələrin daha sistemli və nəticəyönümlü idarə olunmasına dəstək verir.

3. “Ali Təhsildə Süni İntellekt Savadlılığı və Bacarıqları” Sertifikat Proqramı
Süni intellektin ali təhsildə tətbiqi, tədris prosesinin dəstəklənməsi, akademik fəaliyyətin gücləndirilməsi və etik istifadə prinsipləri üzrə əsas bilik və bacarıqlar qazandırır.

4. “Yaradıcı və Adaptiv Liderlik” Sertifikat Proqramı
Dəyişən təhsil mühitində çevik qərarvermə, yaradıcı düşüncə, komanda idarəçiliyi və insan yönümlü liderlik bacarıqlarını inkişaf etdirməyə yönəlmiş proqramdır.

5. “Dizayn Düşüncəsi” Sertifikat Proqramı
Problemlərə insan mərkəzli yanaşma, innovativ həllərin hazırlanması, ideyaların sınaqdan keçirilməsi və ali təhsil xidmətlərinin təkmilləşdirilməsi üzrə praktik metodlar təqdim edir.

6. “Karyera və Həyat Dizaynı” Sertifikat Proqramı
Şəxsi və peşəkar inkişaf, karyera planlaşdırması, məqsədlərin müəyyənləşdirilməsi və gələcək bacarıqların formalaşdırılması üçün praktik yanaşmalar təqdim edir.

7. “Ali Təhsildə Strateji Lider” Sertifikat Proqramı (Bu proqram Liderlik Məktəbənin sonuncu ayında aktivləşdiriləcək)
Şəxsi və peşəkar inkişaf, karyera planlaşdırması, məqsədlərin müəyyənləşdirilməsi və gələcək bacarıqların formalaşdırılması üçün praktik yanaşmalar təqdim edir.

Canlı Liderlik Sessiyaları

Proqram çərçivəsində iştirakçılar, həmçinin 3 canlı Liderlik Sessiyasına qoşulacaqlar. Sessiyalar ayda bir dəfə keçiriləcək və videoyazılar iştirakçılar üçün əlçatan olacaq.

Üstünlüklər

• 100% onlayn format - günün istədiyi vaxt proqrama daxil ol və öyrənməyə davam et.
• 3 ay giriş imkanı
• Özünöyrənmə modeli
• Canlı sessiyaların videoyazısı
• Oxu və refleksiya materialları
• Hər proqram üzrə beynəlxalq sertifikat
• Proqramı tamamlayan iştirakçılar üçün ayrıca “Ali Təhsildə Lider” sertifikatı

Liderlik Məktəbinin umumi dəyəri 300 AZN-dir. Ancaq siz 3 ay ərzində ayda cəmi 100 AZN ödəməklə Liderlik Məktəbinə qoşula bilərsiniz!

Ali təhsildə idarəetmə, liderlik, innovasiya və süni intellekt bacarıqlarınızı inkişaf etdirmək üçün bu yay xüsusi imkandan yararlanın.

Əlaqə: [email protected]

QEYDİYYATDAN KEÇ!
QEYDİYYATDAN KEÇ!
CCEI – Tez-tez Verilən Suallar (FAQ)
BilikHub Azərbaycan səhifəsinə keç!