Böyük Britaniyanın Coventry Universitetində Sülh və Təhlükəsizlik Mərkəzinin təsisçi direktoru. ABŞ-da yerləşən International Leadership Association (ILA) təşkilatının İdarə Heyətinin sədri (2024-2026).
🎓 CCEI Təhsil və Elm Mərkəzi
Təhsildə liderlik, innovasiya və gələcəyin bacarıqları üçün beynəlxalq inkişaf platforması
CCEI Təhsil və Elm Mərkəzi təhsil sektorunda çalışan rəhbərlər, müəllimlər, akademiklər və gələcək təhsil liderləri üçün yaradılmış beynəlxalq inkişaf və sertifikatlaşdırma platformasıdır.
Mərkəzin məqsədi dünyanın nüfuzlu universitetlərinin (Harvard, Johns Hopkins, Stanford və s.) təcrübələrinə əsaslanaraq təhsil idarəçiliyi, süni intellekt savadlılığı, liderlik, dizayn düşüncəsi və karyera planlaşdırması sahələrində müasir bilik və praktik bacarıqlar təqdim etməkdir.
Platformada təqdim olunan proqramlar qlobal təcrübələr və müasir təhsil çağırışları əsasında hazırlanmışdır. İstər universitetdə çalışın, istər məktəb rəhbəri və ya müəllim olun – burada siz öz peşəkar inkişafınız üçün uyğun proqram tapa bilərsiniz.
CCEI Təhsil və Elm Mərkəzi yalnız bilik təqdim etmir, eyni zamanda sizi daha çevik düşünən, yaradıcı və gələcəyə hazır təhsil liderinə çevirir.
Qeydiyyatdan keç və abunəlik səhifəsində davam et!
Ali Təhsil İdarəetməsi və İnkişafı
Bu istiqamət universitet rəhbərləri, dekanlar, müəllimlər və akademik idarəçilər üçün nəzərdə tutulmuşdur. Proqramlar ali təhsil sistemində idarəetmə, innovasiya və liderlik bacarıqlarını inkişaf etdirməyə yönəlib.
1️⃣ Ali Məktəb İdarəetməsi Peşəkar Sertifikat Proqramı (Yaxında)
2️⃣ Ali Təhsildə Süni İntellekt Savadlılığı və Bacarıqları Sertifikat Proqramı (Yaxında)
3️⃣ Elm Sahəsində İdarəetmə Peşəkar Sertifikat Proqramı (Aktivdir-İngilis dilində)
4️⃣ Yaradıcı və Adaptiv Liderlik Proqramı (Aktivdir, AZE-İngilis dilində)
5️⃣ Karyera və Həyat Dizayn Proqramı (Aktivdir, AZE-İngilis dilində)
6️⃣ Dizayn Düşüncəsi Proqramı (Aktivdir, AZE-İngilis dilində)
Bu proqramlar universitet idarəçiliyi, akademik liderlik, süni intellektin təhsildə tətbiqi və innovativ düşüncə bacarıqlarını inkişaf etdirmək üçün praktiki yanaşmalar təqdim edir.
Məktəb İdarəetməsi və Tədris Bacarıqları
Bu istiqamət məktəb direktorları, direktor müavinləri, müəllimlər və təhsil liderləri üçün hazırlanmışdır. Məqsəd məktəblərdə idarəetmə keyfiyyətini artırmaq, müasir tədris bacarıqlarını inkişaf etdirmək və innovativ yanaşmaları tətbiq etməkdir.
1️⃣ Məktəb İdarəçiliyi və Tədris Bacarıqları Sertifikat Proqramı (Yaxında)
2️⃣ Müəllimlər və Məktəb İdarəçiləri üçün Süni İntelekt (AI) Savadlılığı Proqramı (Yaxında)
3️⃣ Məktəbdən Ali Məktəbə: Təhsil Planlaşdırması (Yaxında)
4️⃣ Yaradıcı və Adaptiv Liderlik (Aktivdir, AZE-İngilis dilində)
5️⃣ Karyera və Həyat Dizaynı (Aktivdir, AZE-İngilis dilində)
6️⃣ Dizayn Düşüncəsi (Aktivdir, AZE-İngilis dilində)
Proqramlar müəllim liderliyi, innovativ tədris metodları və şagirdlərin gələcək təhsil yolunun planlaşdırılması üzrə praktik bacarıqlar təqdim edir.
Tələbələr üçün Həyat və Gələcək Dizayn Proqramları
Bu istiqamət lisey şagirdləri, universitet tələbələri və gənc peşəkarlar üçün hazırlanmışdır. Məqsəd gənclərin həyat planlaşdırması, karyera seçimi və qlobal əmək bazarına hazırlıq bacarıqlarını inkişaf etdirməkdir.
1️⃣ Karyera və Həyat Dizayn Proqramı (Aktivdir, AZE-İngilis dilində)
2️⃣ Dizayn Düşüncəsi Proqramı (Aktivdir, AZE-İngilis dilində)
3️⃣ Yaradıcı və Adaptiv Liderlik Proqramı (Aktivdir, AZE-İngilis dilində)
4️⃣ Qlobal Əmək Bazarında İş Tapmaq: Resurslar və Bacarıqlar Proqramı (Aktivdir - İngilis dilində)
5️⃣ Beynəlxalq İş Mühitində Mədəniyyətlərarası Kommunikasiya Bacarıqları (Aktivdir - İngilis dilində)
6️⃣ Məktəbdən Ali Məktəbə: Təhsil Planlaşdırması (9–11-ci siniflər) (Yaxında)
Bu proqramlar tələbələrə gələcəklərini daha şüurlu planlaşdırmaq və qlobal iş dünyasına hazır olmaq üçün praktik bacarıqlar qazandırır.
CCEI Beynəlxalq İdarə Heyəti
Chartered Culture and Education Institute (CCEI)-nin gücü onun rəhbərliyinin vizyonu, dürüstlüyü və qlobal baxışında əks olunur. CCEI-nin Beynəlxalq İdarə Heyəti dünyanın müxtəlif ölkələrindən universitetlər, mədəniyyət institutları, akademik qurumlar, dövlət təşkilatları, beynəlxalq qurumlar və qeyri-kommersiya sektorundan nüfuzlu liderləri bir araya gətirir. Bu ekspertlər zəkanın inkişafı, təhsildə bərabərlik və etik liderlik prinsiplərinin təşviqinə sadiqdirlər. Onların strateji rəhbərliyi CCEI proqramlarının formalaşmasında mühüm rol oynayır və təşəbbüslərimizin qlobal ən yaxşı təcrübələrəvə yüksək beynəlxalq standartlara uyğun olmasını təmin edir.