Hörmətli dostlar,
Ali Məktəb İdarəetməsi: Beynəlxalq Təcrübələr – II Qəbul Başladı!
CCEİ tərəfindən təşkil olunan “Ali Məktəb İdarəetməsi: Beynəlxalq Təcrübələr” proqramının 2-ci qrupuna qəbul açıqdır. Bu təlim ali təhsil rəhbərləri, dekanlar, kafedra müdirləri, akademiklər, müəllimlər və inzibati heyət üçün müasir idarəetmə yanaşmalarını öyrənmək, qlobal universitet təcrübələrini mənimsəmək və institusional inkişaf bacarıqlarını gücləndirmək imkanı yaradır.
📌 Strateji idarəetmə və qlobal universitet modelləri
📚 Praktiki yanaşmalar, real nümunələr və tətbiq edilə bilən alətlər
đź—“ 2 aprel | đź•— 20:00
đź’¸ Uni2026 kodu ilÉ™ 20% endirim
Zoom linki qeydiyyatdan keçmiş iştirakçılara təlimdən bir gün əvvəl email vasitəsilə göndəriləcək və iştirakçılardan sessiyaya 30 dəqiqə əvvəl qoşulmaları xahiş olunur.
Master-klass ABŞ-də CCEI Mədəniyyət və Təshil İnstitunun İdarə Heyətinin sədri, UNESCO-nun 41-ci Baş Konfransının Mədəniyyət Komissiyasının Prezidenti və ABŞ-ın Johns Hopkins Universitetinin sabiq Qlobal İnsan Resursları Meneceri, Stanford və Johns Hopkins Universitetlərinin Liderlik Proqramlarının məzunu, Corc Vaşinqton Universitetinin Təhsil üzrə Doktorluq namizədi Vasif Eyvazzadə tərəfindən aparılacaqdır.
Qeyd: Bu təlimi artıq keçmisinizsə, həmkarlarınızla paylaşmağınızı tövsiyə edirik — bilik paylaşdıqca dəyər qazanır! İlk master-klassda Azərbaycanın aparıcı universitet və qurumlarından 114 iştirakçı bir platformada bir araya gəlmişdir.
CCEI tərəfdən keçirilmiş canlı onlayn sessiyalar və masterklaslar
ABŞ mərkəzli CCEI – Chartered Culture and Education Institute tərəfindən təşkil olunan “Layihə İdarəetməsi Peşəkarı” master-klass təlimi layihə idarəetməsi sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək istəyən mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
Bu 3 saatlıq intensiv onlayn təlimdə iştirakçılar layihələrin planlaşdırılması, risklərin idarə olunması, komanda əməkdaşlığı və nəticələrin qiymətləndirilməsi kimi mövzularda beynəlxalq layihə idarəetməsi yanaşmaları və praktik metodlarla tanış oldular. Təlim zamanı nə öyrədildi?
Â
ABŞ mərkəzli CCEI – Chartered Culture and Education Institute tərəfindən təşkil olunan “Müasir Ali Məktəb İdarəetməsi – Beynəlxalq Təcrübələr” master-klass təlimi uğurla başa çatmışdır.
ABĹž mÉ™rkÉ™zli CCEI tÉ™rÉ™findÉ™n təşkil olunan bu proqram ilk dÉ™fÉ™ olaraq AzÉ™rbaycanın aparıcı universitet vÉ™ qurumlarından 114 iĹźtirakçını — rektorlar, dekanlar, akademik liderlÉ™r, mĂĽÉ™llimlÉ™r vÉ™ mĂĽtÉ™xÉ™ssislÉ™ri — bir platformada bir araya gÉ™tirdi.Â
İştirakçılar Harvard, Johns Hopkins, Stanford vÉ™ Oxford kimi nĂĽfuzlu universitetlÉ™rin idarÉ™etmÉ™ modellÉ™ri, akademik liderlik yanaĹźmaları vÉ™ strateji inkiĹźaf tÉ™crĂĽbÉ™lÉ™ri ilÉ™ tanış oldular.Â
Master-klass CCEI İdarə Heyətinin sədri, UNESCO-nun 41-ci Baş Konfransının Mədəniyyət Komissiyasının Prezidenti və Johns Hopkins Universitetində sabiq Qlobal İnsan Resursları Meneceri Vasif Eyvazzadə tərəfindən uğurla aparıldı.
Mədəniyyət və İctimai Diplomatiya: Yumşaq Güc Siyasəti – Təlimi keçirildi!
CCEİ tərəfindən ilk dəfə təşkil olunan “Mədəniyyət və İctimai Diplomatiya: Yumşaq Güc Siyasəti” təlimi uğurla həyata keçirildi. Bu proqram qlobal təsir, mədəniyyət siyasəti və beynəlxalq əlaqələr sahəsində biliklərini inkişaf etdirmək istəyən iştirakçılar üçün dəyərli platforma oldu.
Təlim çərçivəsində iştirakçılar yumşaq güc strategiyaları, mədəni diplomatiya alətləri və qlobal təsir mexanizmləri ilə tanış oldular. Sessiya interaktiv müzakirələr, real nümunələr və praktik yanaşmalarla zəngin idi.
📌 Yumşaq güc strategiyaları və mədəni diplomatiya
📚 Praktiki biliklər və tətbiq edilə bilən yanaşmalar
đź—“ 27 mart | đź•— 18:00
Bu təşəbbüs CCEİ-nin qlobal düşüncə və liderlik bacarıqlarının inkişafına verdiyi töhfənin bariz nümunəsidir.