;
Joining CCEI

 

ABŞ mərkəzli CCEI – Chartered Culture and Education Institute tərəfindən Azərbaycan dilində ilk dəfə təşkil olunan “Ali Təhsildə Süni İntellekt Savadlılığı və Bacarıqları” sertifikat proqramı ali təhsil sahəsində çalışan müəllimlər, akademik heyət və mütəxəssislər üçün hazırlanmışdır. Proqram çərçivəsində iştirakçılar süni intellektin əsasları, tədris və tədqiqatda tətbiqi, etik istifadə prinsipləri, kurs dizaynı, qiymətləndirmə və universitetlərdə AI strategiyası ilə tanış olurlar.

Üstünlüklər:
• 100% onlayn dərslər və canlı sessiya videoyazısı
• Özünöyrənmə və refleksiya imkanı
• CCEI icmasına qoşulmaq imkanı
• Praktik və aktual AI bilikləri
• Beynəlxalq sertifikat

 

Qeydiyyatdan keç!
CCEI Azərbaycan səhifəsi

CCEI tərəfdən keçirilmiş canlı onlayn sessiyalar və masterklaslar

ABŞ mərkəzli CCEI – Chartered Culture and Education Institute tərəfindən təşkil olunan “Layihə İdarəetməsi Peşəkarı” master-klass təlimi layihə idarəetməsi sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək istəyən mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

Bu 3 saatlıq intensiv onlayn təlimdə iştirakçılar layihələrin planlaşdırılması, risklərin idarə olunması, komanda əməkdaşlığı və nəticələrin qiymətləndirilməsi kimi mövzularda beynəlxalq layihə idarəetməsi yanaşmaları və praktik metodlarla tanış oldular. Təlim zamanı nə öyrədildi?

 

ABŞ mərkəzli CCEI – Chartered Culture and Education Institute tərəfindən təşkil olunan “Müasir Ali Məktəb İdarəetməsi – Beynəlxalq Təcrübələr” master-klass təlimi uğurla başa çatmışdır.

ABŞ mərkəzli CCEI tərəfindən təşkil olunan bu proqram ilk dəfə olaraq Azərbaycanın aparıcı universitet və qurumlarından 114 iştirakçını — rektorlar, dekanlar, akademik liderlər, müəllimlər və mütəxəssisləri — bir platformada bir araya gətirdi. 

İştirakçılar Harvard, Johns Hopkins, Stanford və Oxford kimi nüfuzlu universitetlərin idarəetmə modelləri, akademik liderlik yanaşmaları və strateji inkişaf təcrübələri ilə tanış oldular. 

Master-klass CCEI İdarə Heyətinin sədri, UNESCO-nun 41-ci Baş Konfransının Mədəniyyət Komissiyasının Prezidenti və Johns Hopkins Universitetində sabiq Qlobal İnsan Resursları Meneceri Vasif Eyvazzadə tərəfindən uğurla aparıldı.

Mədəniyyət və İctimai Diplomatiya: Yumşaq Güc Siyasəti – Təlimi keçirildi!

CCEİ tərəfindən ilk dəfə təşkil olunan “Mədəniyyət və İctimai Diplomatiya: Yumşaq Güc Siyasəti” təlimi uğurla həyata keçirildi. Bu proqram qlobal təsir, mədəniyyət siyasəti və beynəlxalq əlaqələr sahəsində biliklərini inkişaf etdirmək istəyən iştirakçılar üçün dəyərli platforma oldu.

Təlim çərçivəsində iştirakçılar yumşaq güc strategiyaları, mədəni diplomatiya alətləri və qlobal təsir mexanizmləri ilə tanış oldular. Sessiya interaktiv müzakirələr, real nümunələr və praktik yanaşmalarla zəngin idi.

📌 Yumşaq güc strategiyaları və mədəni diplomatiya
📚 Praktiki biliklər və tətbiq edilə bilən yanaşmalar
🗓 27 mart | 🕗 18:00

Bu təşəbbüs CCEİ-nin qlobal düşüncə və liderlik bacarıqlarının inkişafına verdiyi töhfənin bariz nümunəsidir.

“Emosional Zəka” üzrə Beynəlxalq Sertifikat Təlimi tamamlandı

🗓 30 mart | 2026

CCEİ tərəfindən təşkil olunan “Emosional Zəka” üzrə beynəlxalq sertifikat təlimi uğurla başa çatdı.

Bu təlim şəxsi inkişafını gücləndirmək, liderlik bacarıqlarını inkişaf etdirmək və daha effektiv ünsiyyət qurmaq istəyən iştirakçılar üçün nəzərdə tutulmuşdu. Sessiya ərzində iştirakçılar emosional zəkanın əsas komponentləri ilə tanış oldular, özünüidarəetmə, empatiya, sosial bacarıqlar, stressin idarə olunması və qərarvermə kimi mövzular üzrə praktik biliklər əldə etdilər.

Təlim çərçivəsində iştirakçılar həm gündəlik həyatda, həm də iş mühitində tətbiq oluna biləcək real yanaşmalar və refleksiya üsulları ilə tanış oldular.

📌 Özünüidarəetmə, empatiya və sosial bacarıqların inkişafı
📌 Stressin idarə olunması və qərarvermə bacarıqları
📌 Effektiv ünsiyyət və münasibətlərin qurulması

 Hörmətli dostlar,

Ali Məktəb İdarəetməsi: Beynəlxalq Təcrübələr – II Qəbul uğurla keçdi!

 Bu təlim ali təhsil rəhbərləri, dekanlar, kafedra müdirləri, akademiklər, müəllimlər və inzibati heyət üçün müasir idarəetmə yanaşmalarını öyrənmək, qlobal universitet təcrübələrini mənimsəmək və institusional inkişaf bacarıqlarını gücləndirmək imkanı yaratdı.

ABŞ mərkəzli CCEI Mədəniyyət və Təhsil İnstitutu

“Layihə İdarəetməsi” Beynəlxalq Master-klass Təliminə qəbulu davam etdirir!

Bu intensiv master-klass layihələri effektiv planlamaq, idarə etmək və uğurla nəticələndirmək üçün sizə praktik bilik və alətlər təqdim edir.

📚 Təlimdə öyrənəcəksiniz: layihə mərhələləri, strateji planlaşdırma, risklərin idarə olunması, komanda liderliyi, monitorinq və beynəlxalq standartlar.
✔️ Agile, Waterfall və Project Canvas kimi metodologiyalar

🎁 Xüsusi bonus: Qeydiyyatdan keçənlər üçün CCEI online platformasında “Yaradıcı və Adaptiv Liderlik” sertifikat proqramına ödənişsiz giriş!

📅 17 aprel 2026 | 🕒 14:30 | ⏳ 2 saat
🎓 Təlimləri tamamlayanlara beynəlxalq sertifikatlar təqdim olunur

 Tələbə və müəllimlər üçün ödəniş səhifəsində Layihe2026 kodu ilə 30% endirim

📩 [email protected]
  Zoom linki təlimdən 1 gün əvvəl göndəriləcək və yaxud öyrənmə kabinetinizdən Canlı sessiya dərsindən birbaşa Join session düyməsini klik edərək qoşula bilərsiniz.

Təlimə ən azı 15-20 dəqiqə əvvəl qoşulmağınız tövsiyə olunur

👉 Bir qeydiyyat – iki güclü proqram – maksimum nəticə!

 

Qeydiyyatdan keç!

18 aprel – Beynəlxalq Abidələr Günündə sizinlə birlikdə öyrənək!

Hörmətli mədəni irs və abidə mühafizəsi sahəsində çalışan rəhbər şəxslər və mütəxəssislər,

Sizi canlı sessiyamıza və İrsin İdarəedilməsi və Abidə Mühafizəsi üzrə Peşəkar Sertifikat Proqramına dəvət edirik.

Canlı sessiyamız 18 aprel tarixində saat 09:30-da keçiriləcəkdir. Sessiya proqram çərçivəsində abidə mühafizəsi və irsin idarə olunmasının müasir və aktual yanaşmalarına həsr olunacaq. Siz sessiyaya birbaşa öyrənmə platformanızdakı “Canlı sessiya” bölməsindən qoşula bilərsiniz.

Xüsusilə qeyd etmək istərdik ki, 18 aprel dünya üzrə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu gün 1983-cü ildə UNESCO tərəfindən təsis edilmişdir və əsas məqsədi mədəni irsin qorunmasının əhəmiyyətini vurğulamaq, həmçinin ictimai diqqəti abidələrin mühafizəsinə cəlb etməkdir.

Bu əlamətdar gün münasibətilə sizi bu vacib mövzu ətrafında keçirilən sessiyamızda iştirak etməyə dəvət edirik.

Məhz 18 aprel tarixinə qədər qoşulan və canlı sessiyada iştirak edən iştirakçılar üçün xüsusi iştirak şərtləri tətbiq olunur və bu imkan proqramı hər kəs üçün daha əlçatan edir.


Əsas məlumatlar:

  • 📅 Tarix: 18 aprel
  • 🕘 Saat: 09:30
  • 💻 Qoşulma: Öyrənmə platformasında “Canlı sessiya” bölməsi

 Qeydiyyatdan sonra aktivləşəcək proqramlar:

  • İrsin İdarəedilməsi və Abidə Mühafizəsi üzrə Peşəkar Sertifikat Proqramı (Azərbaycan və ingilis dillərində)
  • Bütün dərs materialları və praktiki tapşırıqlara tam çıxış

Qeyd: CCEI abunəliyi aktiv olan iştirakçılar şəxsi kabinetlərindən birbaşa proqramlara daxil ola və canlı sessiyada iştirak edə bilərlər.

 

Qeydiyyatdan keç!