;
Joining CCEI

Mədəniyyət və İrs Akademiyası İnkişaf Proqramı üzrə xüsusi iştirak imkanı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və CCEI Mədəniyyət və Təhsil İnstitutunun əməkdaşlığı ilə həyata keçirilən Mədəniyyət və İrs Akademiyası İnkişaf Proqramı çərçivəsində regionlar və sahələr üzrə bu günə qədər olan iştirak səviyyəsi, nəticələr və ilkin təsirlər cari ilin may ayının sonunda Bakıda keçiriləcək ilk təqdimat görüşündə ictimaiyyətə təqdim olunacaq.

Bu təşəbbüsün əsas məqsədi mədəniyyət, irs, muzey, kitabxana, teatr, incəsənət təhsili və layihə idarəetməsi sahələrində çalışan mütəxəssislərin peşəkar inkişafına dəstək vermək, onların beynəlxalq bilik və bacarıqlara çıxış imkanlarını genişləndirməkdir.

CCEI Azərbaycanın mədəniyyət və irs sahəsində çalışan şəxslərin proqramlarda iştirakını daha əlçatan etmək məqsədilə 13 may – 13 iyun tarixləri ərzində xüsusi kampaniya elan edir.

Bu müddət ərzində iştirakçılar yalnız bir dəfə 20 AZN ödəməklə Mədəniyyət və İrs Akademiyasının sertifikat proqramlarına giriş imkanı əldə edəcəklər.

Dərslər 100% onlayn formatda keçirilir. Sertifikat əldə etmək istəyən iştirakçılar proqramları ən gec 15 iyun tarixinədək tamamlamalıdırlar.

Qeydiyyatdan keçən iştirakçılar aşağıdakı proqramlara giriş əldə edəcəklər:

✔️ Mədəniyyət Sahəsində Peşəkar İdarəetmə Sertifikat Proqramı
✔️ İrs və Abidə Mühafizəsi Sertifikat Proqramı
✔️ Peşəkar Layihə İdarəetməsi Sertifikat Proqramı
✔️ Muzey İdarəetməsi Sertifikat Proqramı
✔️ Kitabxana İdarəetməsi Sertifikat Proqramı
✔️ Musiqi və İncəsənət Məktəbləri İdarəetməsi Proqramı
✔️ Teatr İdarəetməsi Sertifikat Proqramı

Bu proqramlar mədəniyyət sahəsində çalışan mütəxəssislərə idarəetmə, institusional inkişaf, irs mühafizəsi, layihə yanaşması, liderlik və müasir peşəkar bacarıqlar üzrə biliklərini artırmaq imkanı yaradır.

Qeydiyyat müddəti: 13 may – 13 iyun
Proqramları tamamlamaq üçün son tarix: 15 iyun
İştirak haqqı: yalnız bir dəfə 20 AZN
Format: 100% onlayn
Sertifikat: Proqramı uğurla tamamlayan iştirakçılara CCEI sertifikatı təqdim olunur.

Aşağıda qeydiyyatdan keç: 
Əlaqə: [email protected]
Qeydiyyatdan keç!
CCEI – Tez-tez Verilən Suallar (FAQ)
Video Poster Image
CCEI Mədəniyyət və İrs Akademiyası əsas səhifə!