CCEI Mədəniyyət və İrs Akademiyası və BilikHub Azərbaycan təqdim edir
Mədəniyyət sahəsində Peşəkarlıq Reyestri mədəniyyət sahəsində çalışan əməkdaşların bilik, bacarıq və peşəkar inkişafını sistemli şəkildə tanıdan yeni inkişaf modelidir. Peşəkarlıq Reyestri AR Mədəniyyət Nazirliyinin Mədəniyyət Reyestrininin istiqamətlərindən biridir və “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası və tətbiqi çərçivəsində həyata keçirilir.
Proqramlara qoşul, dərsləri tamamla, sertifikatlar əldə et və peşəkar inkişaf yolunda növbəti mərhələyə yüksəl!
|
Dərəcə |
Peşəkar status |
Tələb |
|
I Dərəcə |
Mədəniyyət İşçisi |
3+ sertifikat |
|
II Dərəcə |
Mədəniyyət İşçisi |
5+ sertifikat |
|
III Dərəcə |
Mədəniyyət İdarəçisi |
7+ sertifikat |
|
IV Dərəcə |
Strateji Mədəniyyət İdarəçisi |
10+ sertifikat |
|
V Ulduz Dərəcə |
Mədəniyyət Lideri |
12+ sertifikat + Liderlik Məktəbi |
Bu reyestr yalnız sertifikat əldə etmək deyil, mədəniyyət sahəsində daha bilikli, məsuliyyətli, strateji düşünən və gələcəyə hazır peşəkar kimi formalaşmaq üçün inkişaf xəritəsidir.
Proqramlara qoşul, sertifikat al və Mədəniyyət Nazirliyinin Peşəkar Mədəniyyət İdarəçisi kimi Reyestrdə qeyd olun! Bu sertifikatlar gələcək karyeranızın inkişafında və bir sıra əlavə üstünlüklər qazandırıcaqdır.
Qeyd: Hər bir proqrama mədəniyyət sistemində çalışan bütün əməkdaşlar qoşula bilər, ancaq Liderlik Məktəbinə müvafiq olaraq qeyd edilmiş rəhbər şəxslər kateqoriyasına aid əməkdaşlar qoşula bilər.
Şüarımız: Peşəkar ol. Bilik və Bacarıq qazan. Tanın və İnkişaf et!
Mədəniyyət İdarəetməsi Peşəkar Sertifikat Proqramı
✔️ 100% onlayn format
✔️ Özünöyrənmə (self-paced) imkanları
✔️ 3 ay müddətində tam giriş (bir dəfə ödəniş)
✔️ Praktik alətlər və real hadisələr
✔️ İstənilən vaxt, istənilən yerdən öyrənmə
✔️ Beynəlxalq sertifikat əldə etmək imkanı
✔️ Qlobal icma və şəbəkələşmə fürsəti
🎓 Mədəniyyət sahəsində peşəkar inkişaf və liderlik üçün ideal seçim!
Mədəni İrs və Abidə mühafizəsi üzrə Peşəkar Sertifikat Proqramı
✔️ 100% onlayn format + 3 ay
✔️ Özünöyrənmə və Canlı Sessiya
✔️ Mədəni irsin qorunması və idarə olunması
✔️ Qlobal standartlar və yanaşmalar
✔️ İrs obyektlərinin idarə edilməsi və davamlılıq
✔️ Risklərin idarə olunması və konservasiya prinsipləri
✔️ Beynəlxalq sertifikat əldə etmək imkanı
Mədəni irsin qorunması üçün peşəkar inkişaf proqramı!
Muzey İdarəetməsi Peşəkar Sertifikat Proqramı
✔️ 100% onlayn format + 3 ay
✔️ Özünöyrənmə və Canlı sessiya
✔️ Müasir muzey idarəetməsi və kurasiya yanaşmaları
✔️ Sərgi dizaynı və Kolleksiya idarəçiliyi
✔️ Ziyarətçi təcrübəsi və ictimai proqramlar
✔️ Beynəlxalq sertifikat əldə etmək imkanı
✔️ Peşəkar icmaya qoşulma
🏛️ Muzey sahəsində peşəkar idarəetmə və liderlik üçün ideal proqram!
Musiqi Məktəbləri Peşəkar Sertifikat Proqramı
✔️ 100% onlayn format + 3 ay
✔️ Özünöyrənmə və canlı sessiya
✔️ Musiqi məktəbləri üçün müasir idarəetmə yanaşmaları
✔️ Şagird inkişafı və müəllim idarəetməsi
✔️ Beynəlxalq sertifikat əldə etmək imkanı
✔️ Peşəkar icmaya qoşulma
🎓 Musiqi təhsili sahəsində effektiv idarəetmə və liderlik bacarıqları qazanmaq üçün ideal proqram!
Kitabxana İdarəetməsi Peşəkar Sertifikat Proqramı
✔️ 100% onlayn format + 3 ay
✔️ Özünöyrənmə və Canlı Sessiya
✔️ Müasir kitabxana və rəqəmsal transformasiya
✔️ İstifadəçi xidmətlərinin təşkili
✔️ Kolleksiya idarəçiliyi və informasiya resurslarının idarəsi
✔️ Beynəlxalq sertifikat əldə etmək imkanı
✔️ Peşəkar icmaya qoşulma
📚 Gələcəyin kitabxana liderləri üçün peşəkar inkişaf proqramı!
Teatr İdarəetməsi Peşəkar Sertifikat Proqramı
✔️ 100% onlayn format + 3 ay
✔️ Özünöyrənmə və Canlı Sessiya
✔️ Teatr idarəetməsi və yaradıcı rəhbərlik
✔️ Auditoriya inkişafı və marketinq strategiyaları
✔️ Maliyyə və resursların effektiv istifadəsi
✔️ Beynəlxalq sertifikat əldə etmək imkanı
✔️ Peşəkar icmaya qoşulma
🎭 Teatr sahəsində strateji idarəetmə və yaradıcı liderlik üçün ideal proqram!
Mədəniyyət Sistemində İşgüzar Etika və Davranış Mədəniyyəti Proqramı iştirakçılara peşəkar davranış, etik qərarvermə və məsuliyyətli xidmət mədəniyyəti üzrə praktik biliklər qazandırır. Proqram mədəniyyət müəssisələrində hörmət, şəffaflıq, məsuliyyət, əməkdaşlıq və vətəndaşlarla düzgün ünsiyyət prinsiplərini gücləndirir.
🔹 İşgüzar etika prinsiplərini öyrənin
🔹 Peşəkar davranış mədəniyyətinizi inkişaf etdirin
🔹 Etik qərarvermə bacarıqlarınızı gücləndirin
🔹 Hörmət və məsuliyyətə əsaslanan ünsiyyət qurun
🔹 Mədəniyyət sistemində peşəkar reputasiya formalaşdırın
🔹 100% özünöyrənmə formatı
🔹 2 aylıq giriş imkanı
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası Tətbiq Bacarıqları Proqramında iştirakçılar strateji planlaşdırma, layihələrin idarə olunması və nəticəyönümlü fəaliyyət mexanizmlərini öyrənərək Konsepsiyanın həyata keçirilməsinə peşəkar töhfə vermək imkanları əldə edirlər.
🔹 Konsepsiyanın əsas məqsəd və prioritetlərini mənimsəyin
🔹 Strateji hədəfləri praktik fəaliyyətə çevirin
🔹 Mədəniyyət layihələrinin idarə olunması bacarıqlarını inkişaf etdirin
🔹 Rəqəmsallaşma və innovasiyanı tətbiq edin
🔹 Mədəniyyət siyasətinin həyata keçirilməsində fəal iştirak edin
🔹 100% özünöyrənmə və 2 aylıq giriş imkanı
Mədəniyyət sahəsində Qanunvericilik və digər Hüquqi Biliklər Proqramı mədəniyyət, mədəni irs, muzey, kitabxana, arxiv, yaradıcı sənayelər, müəllif hüquqları və digər əlaqəli sahələri tənzimləyən qanunvericilik aktlarını əhatə edir. İştirakçılar hüquqi normaların praktik tətbiqini, institusional məsuliyyətləri və hüquqi risklərin idarə olunmasını öyrənirlər.
🔹 Mədəniyyət və mədəni irs, muzey, kitabxana və arxiv fəaliyyəti üzrə hüquqi biliklər əldə edin
🔹 Müəllif hüquqları və əlaqəli hüquqları anlayın
🔹 Hüquqi öhdəlik və məsuliyyətləri düzgün qiymətləndirin
🔹 Qanunvericiliyə uyğun fəaliyyət və qərarvermə bacarıqlarınızı inkişaf etdirin
🔹 100% özünöyrənmə və 2 aylıq giriş imkanı
Karyera və Həyat Dizaynı Sertifikat Proqramı gənclərə və peşəkar inkişafını planlaşdırmaq istəyən şəxslərə öz potensiallarını daha yaxşı tanımaq və gələcəklərini məqsədyönlü şəkildə formalaşdırmaq imkanı yaradır.
🔹 Güclü tərəflərinizi, bacarıqlarınızı və dəyərlərinizi müəyyən edin
🔹 Peşəkar portfelinizi hazırlayın və öz həyatınızın memarı olun
🔹 Müxtəlif karyera və həyat istiqamətlərini araşdırın
🔹 Şəxsi Karyera və Həyat Portfelinizi yaradın
🔹 100% özünöyrənmə formatı
🔹 2 aylıq giriş imkanı
Dizayn Düşüncəsi Sertifikat Proqramı iştirakçılara problemlərə yaradıcı və insan mərkəzli yanaşmağı öyrədir. İştirakçılar real həyat problemlərinə innovativ həllər tapmağı, komanda ilə işləməyi və işəgötürənlərin tələb etdiyi yaradıcı düşüncə bacarıqlarını inkişaf etdirməyi öyrənirlər.
🔹 Empatiya qurmağı öyrənin və insan mərkəzli düşünün
🔹 Problemi düzgün müəyyənləşdirin
🔹 Yaradıcı ideyalar formalaşdırın
🔹 Prototip hazırlayın və sınaqdan keçirin
🔹 Komanda və innovasiya bacarıqlarınızı inkişaf etdirin
Yaradıcı və Adaptiv Liderlik Sertifikat Proqramı iştirakçılara dəyişən dünyada çevik, innovativ və təsirli lider olmağı, yaradıcılıq və adaptivliyi vahid liderlik yanaşmasında birləşdirərək mürəkkəb problemlərin həlli bacarıqlarını öyrədir.
🔹 Yaradıcılıq və adaptivliyi liderlikdə tətbiq edin
🔹 Çevik və dayanıqlı qərarvermə bacarıqlarınızı inkişaf etdirin
🔹 Emosional intellektinizi gücləndirin
🔹 Dəyişiklikləri effektiv idarə etməyi öyrənin
🔹 Şəxsi Adaptiv Liderlik Alətlər Dəstinizi yaradın
🔹 100% özünöyrənmə və 2 aylıq giriş
Layihə İdarəetməsi Beynəlxalq Sertifikat Proqramı iştirakçılara layihələrin uğurlu planlaşdırılması, icrası və idarə olunması üzrə müasir bilik və bacarıqlar qazandırır.
🔹 Layihə idarəetməsi bilik və bacarıqlarınızı inkişaf etdirin
🔹 Layihələrin planlaşdırılması və icrasını öyrənin
🔹 Müasir idarəetmə alətlərini mənimsəyin
🔹 Risklərin idarə olunması və monitorinq bacarıqları qazanın
🔹 Beynəlxalq sertifikat əldə edərək peşəkar dəyərinizi artırın
🔹 100% özünöyrənmə və 2 aylıq giriş
Mədəniyyət və Yaradıcı Sənayelərin İnkişafı Proqramı iştirakçılara mədəniyyət sahəsi ilə yaradıcı sənayelər arasında əlaqəni, kreativ iqtisadiyyatın əsas prinsiplərini və mədəni resursların inkişaf imkanlarını anlamaq üzrə praktik biliklər qazandırır. Proqram mədəniyyət müəssisələrində yaradıcılıq, innovasiya, sahibkarlıq düşüncəsi, layihələndirmə və dəyər yaratma bacarıqlarını gücləndirir.
🔹 Yaradıcı sənayelərin əsas anlayışlarını öyrənin
🔹 Mədəniyyət sahəsində kreativ iqtisadiyyat imkanlarını anlayın
🔹 Mədəni ideyaları layihə və məhsula çevirmə bacarıqlarınızı inkişaf etdirin
🔹 İncəsənət, irs, dizayn, media və rəqəmsal yaradıcılıq sahələrində yeni yanaşmalar formalaşdırın
🔹 Mədəniyyət sistemində innovativ və dayanıqlı inkişaf düşüncəsi qazanın
🔹 100% özünöyrənmə formatı
🔹 2 aylıq giriş imkanı
Mədəniyyət Sistemində Süni İntellekt Savadlılığı Proqramı iştirakçılara süni intellektin əsas anlayışları, mədəniyyət müəssisələrində tətbiq imkanları və rəqəmsal dövrdə məsuliyyətli texnologiya istifadəsi üzrə praktik biliklər qazandırır. Proqram mədəniyyət sahəsində çalışan mütəxəssislərin analitik düşüncə, innovativ yanaşma, məlumatlardan istifadə, yaradıcı məzmun istehsalı və etik AI davranışı bacarıqlarını gücləndirir.
🔹 Süni intellektin əsas prinsiplərini öyrənin
🔹 Mədəniyyət müəssisələrində AI tətbiqlərini anlayın
🔹 Rəqəmsal alətlərdən səmərəli istifadə bacarıqlarınızı inkişaf etdirin
🔹 Məzmun, xidmət və idarəetmədə innovativ yanaşmalar formalaşdırın
🔹 Mədəniyyət sistemində məsuliyyətli və etik AI savadlılığı qazanın
🔹 100% özünöyrənmə formatı
🔹 2 aylıq giriş imkanı
Mədəniyyət-2040: Bacarıqlar üzrə Məlumatlandırıcı Proqramı iştirakçılara “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası üçün tələb olunan 10 əsas peşəkar bacarıq, karyera inkişafı imkanları və Mədəniyyət Peşəkarlıq Reyestri haqqında baza məlumatlar qazandırır. Proqram mədəniyyət işçisinin gələcək inkişaf yolunu daha aydın görməsinə və peşəkar yüksəlişə hazırlıqlı yanaşmasına dəstək verir.
🔹 “Mədəniyyət-2040” Konsepsiyasının icrası üçün vacib bacarıqları öyrənin
🔹 Mədəniyyət işçisi üçün 10 əsas peşəkar bacarığı anlayın
🔹 Öz bilik, davranış və xidmət bacarıqlarınızı inkişaf istiqamətləri üzrə qiymətləndirin
🔹 Karyera inkişafı və sertifikatların gələcək rolu barədə məlumatlılığınızı artırın
🔹 Mədəniyyət Peşəkarlıq Reyestrinin məqsədi və imkanları ilə tanış olun
🔹 100% özünöyrənmə formatı
Mədəniyyət-2040 Liderlik Məktəbi
Mədəniyyətin gələcəyini formalaşdıran liderlər üçün 7 proqram + yekun qiymətləndirmə modeli
Mədəniyyət sahəsində rəhbər kimi yalnız müəssisəni idarə etmək deyil, komandanı inkişaf etdirmək, vətəndaşa keyfiyyətli xidmət göstərmək, mədəni irsi qorumaq və “Azərbaycan Mədəniyyəti – 2040” hədəflərini real fəaliyyətə çevirmək vacibdir.
Bu 6 aylıq liderlik məktəbi rəhbər şəxslərə müasir idarəetmə, strateji düşüncə, qanunvericilik, etik davranış, layihə idarəetməsi, dizayn düşüncəsi, innovasiya və sahəvi idarəetmə bacarıqları qazandırır.
Liderlik Məktəbi kimlər üçündür?
🔹 Nazirliyin mərkəzi aparatının şöbə müdirləri, müdir müavinləri və sektor müdirləri
🔹 Regional mədəniyyət idarələrinin rəisləri, rəis müavinləri və rayon nümayəndələri
🔹 Mədəni İrs Xidmətinin rəhbər vəzifəli şəxsləri, şöbə və sektor müdirləri, region müdirləri, abidə və qoruq rəhbərləri
🔹 Kino Agentliyinin rəhbər və vəzifəli şəxsləri
🔹 Muzey direktorları, direktor müavinləri və şöbə müdirləri
🔹 Kitabxana direktorları və direktor müavinləri
🔹 Teatr və konsert salonlarının rəhbərləri və müavinləri
🔹 Mədəniyyət mərkəzlərinin direktorları
🔹 Qalereya rəhbərləri
🔹 Musiqi və incəsənət məktəblərinin direktorları, direktor müavinləri və şöbə müdirləri
🔹 Mədəniyyət və incəsənət sahəsində ali təhsil müəssisələrinin rəhbər şəxsləri, dekanlar, kafedra müdirləri və şöbə müdirləri
🔹 Yaradıcı ittifaqların rəhbər şəxsləri
🔹 Mədəniyyət sektorunda idarəetmə və liderlik rolu daşıyan digər şəxslər
Proqram sizə kömək edəcək:
🔹 liderlik və idarəetmə yanaşmanızı gücləndirməyə
🔹 Mədəniyyət-2040 Konsepsiyasını müəssisə fəaliyyətinə tətbiq etməyə
🔹 xidmət keyfiyyəti, etika və reputasiya mədəniyyətini inkişaf etdirməyə
🔹 sahənizə uyğun idarəetmə bacarıqlarını artırmağa
Format:
🔹 100% onlayn və çevik öyrənmə
🔹 7 proqram + yekun liderlik qiymətləndirməsi bir səbətdə!
🔹 İyul 2026 – Yanvar 2027 dövrü
🔹 Məzun Forumu və Sertifikat Mərasimi
Güclü liderlik — güclü mədəniyyət.