Mədəniyyət Sahəsində Liderlik Kursu- Yalnız rəhbər şəxslər üçün ilk dəfə!
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və CCEI Mədəniyyət və Təhsil İnstitutunun əməkdaşlığı ilə
Azərbaycanın mədəniyyət və irs ekosistemində çalışan rəhbər şəxslər və peşəkarlar üçün yeni inkişaf fürsəti elan olunur. 3 aylıq Mədəniyyət Sahəsində Liderlik Kursu Nazirliyin mərkəzi aparatının şöbə müdirləri, müşavirləri, sektor müdirləri, Mədəni irs üzrə Xidmət və Kino Agentliyinin müvafiq rəhbər şəxsləri, şöbə və sektor müdirləri, nazirliyin və xidmətin regional mədəniyyət idarələrinin rəisləri və müavinləri, rayon nümayəndələri, eləcə də muzey, kitabxana, teatr, irs, musiqi və incəsənət məktəbləri, konsert-tamaşa müəssisələrinin direktorları və müavinləri üçün nəzərdə tutulmuşdur.
Qeydiyyatdan keçən iştirakçılar CCEI Mədəniyyət və İrs Akademiyasının aşağıdakı proqramlarına giriş əldə edəcəklər:
✔️ Mədəniyyət Sahəsində Peşəkar İdarəetmə Sertifikat Proqramı
✔️ İrs və Abidə Mühafizəsi Sertifikat Proqramı
✔️ Peşəkar Layihə İdarəetməsi Sertifikat Proqramı
✔️ Muzey İdarəetməsi Sertifikat Proqramı
✔️ Kitabxana İdarəetməsi Sertifikat Proqramı
✔️ Musiqi və İncəsənət Məktəbləri İdarəetməsi Proqramı
✔️ Teatr İdarəetməsi Sertifikat Proqramı
✔️ Adaptiv və Yaradıcı Liderlik Sertifikat Proqramı
✔️ Dizayn Düşüncəsi Sertifikat Proqramı
✔️ Karyera və Həyat Dizaynı Sertifikat Proqramı
Tədris formatı
Proqram 100% onlayn, öz tempinizdə öyrənmə və canlı sessiyalar formatında təqdim olunur. İştirakçılar dərslərə, praktik nümunələrə, quiz və testlərə istənilən vaxt daxil ola biləcəklər. Hər ay tanınmış ekspertlərlə iki canlı sessiya keçiriləcək.
Proqramın sonunda iştirakçılar hər bir tamamladıqları proqram üzrə ayrıca sertifikat, həmçinin 3 aylıq mərhələni tamamladıqdan sonra Mədəniyyət Sahəsində Liderlik Sertifikatı əldə edəcəklər.
Mədəniyyət Sahəsində Liderlik Kursunun ümumi qiyməti 150 AZN-dir.
İştirakçılar kursa daha çevik ödəniş imkanı ilə qoşula bilərlər: 3 ay ərzində ayda cəmi 50 AZN ödəməklə proqramda iştirak etmək mümkündür.
Qeydiyyat 05.05.2026-cı il tarixinədək davam edir.
Aşağıda qeydiyyatdan keç: