CCEI Mədəniyyət və Təhsil İnstitutu (ABŞ)
CCEI Təhsil və Elmin İdarəedilməsi Laboratoriyası
Sizi ali məktəb idarəetməsi, təhsildə layihə idarəetməsi, təhsildə Süni intelekt savadlılığı və bacarıqları, elmin idarəedilməsi, məktəb idarəetməsi, liderlik və strateji düşüncə proqramlarını özündə birləşdirən vahid və unikal peşəkar inkişaf ekosistemi olan CCEI Təhsil və Elmin İdarəedilməsi Laboratoriyasında xoş gördük. Burada siz beynəlxalq sertifikat proqramlarımızda ayrı-ayrılıqda iştirak edə və ya illik abunəlik seçərək bütün proqramlara 1 il müddətində ödənişsiz giriş əldə edə bilərsiniz.
ABŞ mərkəzli CCEI – Chartered Culture and Education Institute tərəfindən təşkil olunan “Müasir Ali Məktəb İdarəetməsi – Beynəlxalq Təcrübələr” beynəlxalq sertifikat proqramı universitet rəhbərləri, dekanlar, akademik menecerlər, müəllimlər və ali təhsil mütəxəssisləri üçün nəzərdə tutulub. Proqram iştirakçıları ali təhsildə idarəetmə modelləri, strateji planlaşdırma, akademik liderlik, universitet–sənaye əməkdaşlığı və insan resurslarının idarə olunması üzrə beynəlxalq təcrübələrlə tanış edir.
Üstünlüklər:
• 100% onlayn
• 3 ay giriş imkanı
• Özünöyrənmə formatı
• Canlı sessiya videoyazısı
• Oxu və refleksiya materialları
• Beynəlxalq sertifikat
Qeyd edək ki, proqramın ilk mərhələlərində Azərbaycanın 18 universitet və qurumundan 135-dən çox nümayəndə iştirak etmişdir.
ABŞ mərkəzli CCEI Mədəniyyət və Təhsil İnstitutu tərəfindən təşkil olunan “Layihə İdarəetməsi Peşəkarı”beynəlxalq sertifikat proqramı layihə idarəetməsi sahəsində bilik və bacarıqlarını gücləndirmək istəyən mütəxəssislər üçün hazırlanmışdır. Proqram çərçivəsində iştirakçılar layihə idarəetməsinin əsas anlayışları, planlaşdırma, strateji yanaşma, risklərin idarə olunması, komanda liderliyi, monitorinq və nəticələrin qiymətləndirilməsi üzrə praktiki biliklər əldə edirlər.
Üstünlüklər:
• 100% onlayn
• 3 ay giriş imkanı
• Özünöyrənmə formatı
• 2+ saatlıq video sessiya
• Praktiki və tətbiqyönümlü biliklər
• Beynəlxalq sertifikat
• Bonus: “Yaradıcı və Adaptiv Liderlik” proqramına ödənişsiz giriş
Qeyd: İlk proqramlarda 45 qurumdan 146 iştirakçı qoşulmuşdur.
ABŞ mərkəzli CCEI – Chartered Culture and Education Institute tərəfindən Azərbaycan dilində ilk dəfə təşkil olunan “Ali Təhsildə Süni İntellekt Savadlılığı və Bacarıqları” sertifikat proqramı ali təhsil sahəsində çalışan müəllimlər, akademik heyət və mütəxəssislər üçün hazırlanmışdır. Proqram çərçivəsində iştirakçılar süni intellektin əsasları, tədris və tədqiqatda tətbiqi, etik istifadə prinsipləri, kurs dizaynı, qiymətləndirmə və universitetlərdə AI strategiyası ilə tanış olurlar.
Üstünlüklər:
• 100% onlayn dərslər
• 28 apreldə canlı sessiya
• Özünöyrənmə və refleksiya imkanı
• CCEI icmasına qoşulmaq imkanı
• Praktik və aktual AI bilikləri
• Beynəlxalq sertifikat
Tarix: 28 aprel 2026
Saat: 15:00–17:00
ABŞ mərkəzli CCEI – Chartered Culture and Education Institute tərəfindən təqdim olunan bu unikal inkişaf modeli fərdi və peşəkar inkişaf üçün ən güclü beynəlxalq yanaşmaları vahid sistemdə bir araya gətirir. Proqram çərçivəsində iştirakçılar Karyera və Həyat Dizaynı, Dizayn Düşüncəsi, Yaradıcı və Adaptiv Liderlik, Biznes üçün Mədəni Kompetensiyalar və Qlobal Karyera istiqamətləri üzrə bilik və bacarıqlarını gücləndirir, gələcək karyera və həyat yolunu daha aydın müəyyənləşdirirlər.
Üstünlüklər:
• 100% onlayn format və 3 ay müddətinə proqrama giriş imkanı
• Özünöyrənmə əsasında rahat iştirak
• Azərbaycan və ingilis dillərində proqramlar
• Dizayn düşüncəsi və yaradıcı problem həlli yanaşması
• Adaptiv və innovativ liderlik
• Mədəni zəka və qlobal düşüncə tərzinin gücləndirilməsi
• Beynəlxalq əmək bazarında orientasiya imkanı
• Fərdi və peşəkar inkişafın inteqrə olunmuş modeli
• Proqramı uğurla tamamlayanlar üçün beynəlxalq sertifikat
ABŞ mərkəzli CCEI – Chartered Culture and Education Institute məktəb direktorları, direktor müavinləri, müəllimlər və təhsil liderləri üçün xüsusi proqramlar təqdim edir.
Bu proqramlar məktəblərdə idarəetmə keyfiyyətini artırmaq, müasir tədris bacarıqlarını inkişaf etdirmək və innovativ yanaşmaların tətbiqini gücləndirmək məqsədi daşıyır.
İştirakçılar Məktəb İdarəçiliyi və Tədris Bacarıqları, Süni İntellekt Savadlılığı, Təhsil Planlaşdırması, Yaradıcı və Adaptiv Liderlik, Karyera və Həyat Dizaynı və Dizayn Düşüncəsi istiqamətlərində praktik biliklər əldə edirlər.
Üstünlüklər:
• 100% onlayn format
• Şəxsi öyrənmə kabinetinə rahat giriş
• Canlı sessiyalarda iştirak imkanı
• CCEI peşəkar öyrənmə icmasına qoşulmaq imkanı
• Praktiki və tətbiqyönümlü biliklər
• Beynəlxalq sertifikat
ABŞ mərkəzli CCEI – Chartered Culture and Education Institute tərəfindən ingilis dilində təqdim olunan Elmin İdarəedilməsi Peşəkar Sertifikat Proqramı (Science Management Professional – SMP Executive Certificate)tədqiqatçılar, akademik liderlər və elm siyasəti sahəsində çalışan mütəxəssislər üçün hazırlanmış qlobal yönümlü peşəkar inkişaf proqramıdır. Proqram iştirakçılara elm idarəçiliyi, strateji liderlik, elm siyasəti, maliyyələşdirmə, qiymətləndirmə, elm kommunikasiyası və etik yanaşmalar üzrə praktik bilik və bacarıqlar qazandırır. Bu proqram xüsusilə universitetlərdə, tədqiqat institutlarında, qrant proqramlarında və elm siyasəti mühitində çalışan peşəkarlar üçün dəyərlidir.
Üstünlüklər:
• 100% özünöyrənmə formatı
• 3 ay giriş imkanı
• İnteraktiv dərslər, strategiya alətləri və quizlər
• Beynəlxalq sertifikat
• CCEI peşəkar öyrənmə icmasına qoşulmaq imkanı
School Management Professional (ScMP) Executive Certificate proqramı məktəb direktorları, rəhbərlər və təhsil idarəçiləri üçün hazırlanmış qlobal yönümlü peşəkar sertifikat proqramıdır.
Bu proqram sizə aşağıdakı imkanları təqdim edir:
- məktəb idarəetməsi və strateji liderlik üzrə praktik biliklər
- inklüziv və şagirdyönümlü öyrənmə mühitinin qurulması
- büdcə, əməliyyat və müəllim heyətinin effektiv idarə olunması
- müəllimlər, valideynlər və icma ilə əməkdaşlığın gücləndirilməsi
- etik və data əsaslı qərarvermə bacarıqları
- 100% özünöyrənmə formatında çevik iştirak imkanı
- təxminən 8–10 saatlıq öyrənmə məzmunu
- 3 aylıq giriş imkanı
- interaktiv dərslər, case study-lər və quizlər
- proqramı tamamladıqdan sonra CCEI tərəfindən təqdim olunan Completion Certificate
Bu proqram xüsusilə məktəb idarəetməsində daha güclü, çevik və təsirli liderlik bacarıqları qazanmaq istəyən peşəkarlar üçün dəyərlidir.
CCEI üzvlüyü ilə peşəkar inkişafınızı davamlı şəkildə qurun!
ABŞ mərkəzli CCEI Mədəniyyət və Təhsil İnstitutu ali məktəblərin akademik və inzibati işçiləri üçün aylıq, 6 aylıq və illik üzvlük modellərini təqdim edir. Seçdiyiniz üzvlük modelindən asılı olaraq beynəlxalq sertifikat proqramlarına, self-paced təlim materiallarına, canlı master-klasslara, ekspert məsləhətlərinə və qlobal öyrənmə icmasına çıxış əldə edirsiniz.
Aylıq üzvlük çevik öyrənmə imkanı yaradır.
6 aylıq üzvlük daha geniş proqram girişi və davamlı inkişaf planı təqdim edir.
İllik Premium üzvlük isə 20+ proqram, sertifikat imkanları, canlı sessiyalar, mentorluq və premium resurslarla maksimum fayda qazandırır.
👉 Qoşulun, biliklərinizi inkişaf etdirin və beynəlxalq sertifikat imkanlarından faydalanın!
✔ Ödənişdən dərhal sonra proqramlara giriş
✔ İstənilən vaxt ləğv imkanı — risksiz
✔ Təhlükəsiz və etibarlı ödəniş sistemi
Sizi CCEI-nin qlobal öyrənmə və inkişaf şəbəkəsində salamlamaqdan məmnunuq.
CCEI Beynəlxalq İdarə Heyəti
Chartered Culture and Education Institute (CCEI)-nin gücü onun rəhbərliyinin vizyonu, dürüstlüyü və qlobal baxışında əks olunur. CCEI-nin Beynəlxalq İdarə Heyəti dünyanın müxtəlif ölkələrindən təhsil və mədəniyyət institutları, akademik qurumlar, dövlət təşkilatları və qeyri-kommersiya sektorundan nüfuzlu liderləri bir araya gətirir. Bu ekspertlər mədəni zəkanın inkişafı, təhsildə bərabərlik və etik liderlik prinsiplərinin təşviqinə sadiqdirlər. Onların strateji rəhbərliyi CCEI proqramlarının formalaşmasında mühüm rol oynayır və təşəbbüslərimizin qlobal ən yaxşı təcrübələrəvə yüksək beynəlxalq standartlara uyğun olmasını təmin edir.
Ətraflı